Cari il son 25 il ərzində mövcud olan dünya sisteminin dağılması anı oldu. Bu barədə Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, “Qlobal siyasətdə Rusiya” jurnalının baş redaktoru Fyodor Lukyanov “Postsovet məkanı: müasir böhran və münaqişələrin mədəni aspektləri” mövzusunda dəyirmi masada bəyan edib.
“Bütün dünya üçün çoxsaylı prioritetlərin yerini dəyişən il başa çatmaq üzrədir. Bu, Ukrayna ilə əlaqədar meydana gəlib, lakin Ukraynaya görə deyil. Məhz dünya sistemində uzun zaman ərzində yığılan qeyri-müəyyənlik səbəbindən baş verib”, - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, 2014-cü il 25 il əvvəl Berlin divarının süqutundan başlanan dünya münasibətlərinin mövcud olmasının unikal formasının başa çatmasına gətirib çıxarıb.
“2014-cü il son 25 il ərzində qorunan və kifayət qədər stabil olan, iki ayaq üzərində duran dünya sisteminin dağılması anı oldu. Bu cür unikal dünya nizamı “soyuq müharibə” bitdikdən sonra bərqərar olmuşdu”, - deyə F.Lukyanov vurğulayıb.
“Qlobal siyasətdə Rusiya” jurnalının baş redaktoru son 25 ilin dünya nizamını tarixən görünməmiş stabil sistem adlandırıb.
“Bu nizam dünya proseslərinin idarə olunma səviyyəsini kifayət qədər təmin edirdi. Son illərdə qorunub saxlanan dünya balansı unikal idi. Nə bundan əvvəl, nə də sonra bu, artıq olmayacaq”, - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, vaxtı ilə SSRİ prezidenti Mixail Qorbaçov yeni dünya sistemi barədə danışırdı.
“Soyuq müharibə” bitdikdən sonra yeni dünya sistemi, yeni dünya nizamı elan edildi. Bu barədə ilk olaraq M.Qorbaçov danışdı. Bu yeni dünya nizamı bir sistemin üstünlük təşkil etməsidir. 2014-cü ilin hadisələri göstərdi ki, ABŞ birqütblü dünya qura bilmədi. Dünya nizamı üstünlük təşkil edən bir elementin üzərində dayana bilməz”, - deyə F.Lukyanov bildirib.
O vurğulayıb ki, bu gün dünya geosiyasətində baş verən hadisələr son onilliklərin dünya nizamının dağılmasından xəbər verir.
“Rusiyaya və onun sonda bu prosedə tutacağı yerə gəlincə isə, müxtəlif ssenarilər yazmaq mümkündür. İstənilən halda qərb dünyasının indiyədək mövcud olan hakimlik modeli qalmayacaq. İndi müxtəlif bloklara ayrılma prosesi müşahidə edilir. Artıq ikiqütblü sistem mövcud olmayacaq. Birqütblü də olmayacaq. Nə olacağı məlum deyil”, - deyə F.Lukyanov vurğulayıb.
Postsovet məkanında baş verən hadisələrə toxunan ekspert qeyd edib ki, keçmiş SSRİ-nin ərazisi dünyanın bir çox siyasi güc və dairələrinin marağındadır.
“1990-cı illərdə Sovet İttifaqı hələ tam süquta uğramamışdı. İndi sərhədlərin qeyri-dəqiqliyi keçmiş SSRİ-nin ərazisindən yayılır və daha da genişlənir. Bu gün Yaxın Şərqdə baş verən hadisələr bunun bariz nümunəsidir. İslam dövləti fenomeni həmin konfiqurasiyaların süni olması, bundan sonra bu cür olmayacağı deməkdir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, de-yure kürd dövlətinin meydana gəlməsi fəlakət olacaq və xəritənin dəyişdirilməsi prosesinin daim davam edəcəyini göstərəcək.
“Elə yüzillik olmayıb ki, Avropada sərhədlər dəyişməsin və bu proses davam edəcək. Bu gün 20 il ərzində mövcud olan Ukraynanın siyasi modelinin parçalanması ilə əlaqədar dəhşətli böhran dünya sistemində fəal mərhələyə qədəm qoyan miqyaslı irəliləyişin fərdi təzahürüdür”, - deyə F.Lukyanov vurğulayıb.
Ekspert qeyd edib ki, bütün bu proseslər Rusiya daxilində vəziyyətə də öz təsirini göstərir.
“Postsovet məkanında hər zaman indi fəal mərhələyə qədəm qoyan aydın geosiyasi rəqabət müşahidə olunub. Bütün bunlar Rusiyanın özünün daxilində baş verən mürəkkəb proseslərə öz təsirini göstərir. Əgər son 25 il ərzində dünya öz inkişafının sabit modelini müəyyən etməyibsə, bu, Rusiyaya da aiddir”, - deyə F.Lukyanov bildirib.
Onun sözlərinə görə, Rusiyanın qlobal dünya sisteminin bir hissəsi olmaması qismən şəxsi səbəblərdən, qismən də heç kəsin onu bu sistemə daxil etmək fikrində olmamasından irəli gəlib.
“2014-cü ildə ABŞ və Avropada təqdim etdikləri kimi, siyasi sistem əsas istiqamətdən kənara çıxdıqdan dərhal sonra Rusiya iqtisadiyyatına ciddi zərbə vurmağa başladılar. Lakin bu, sonda bumeranq kimi geri qayıdaraq Qərbin özünə də zərbə vuracaq”, - deyə F.Lukyanov vurğulayıb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət