Noyabrın 24-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Xəzər dənizində keçirilmiş irimiqyaslı əməliyyat-taktiki təlimlərinin yekunları ilə bağlı Hərbi Dəniz Qüvvәlərinin komandir-rəis heyəti və gəmi komandirlərinin iştirakı ilə toplantı keçirib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən ümumilikdə Silahlı Qüvvələrdə, xüsusilə Hərbi Dəniz Qüvvәlərində aparılan köklü islahatlar, görülən işlər və perspektivlər, o cümlədən şəxsi heyətin döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyəti barədə danışıb.
Təlimlərə hazırlıq, onun keçirilməsi və yekunlarını təhlil edən Müdafiə naziri bildirib ki, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti qısa müddət ərzində komandanlıq tərəfindən qoyulan tapşırıqların vaxtında və dəqiqliklə yerinə yetirilməsi, plana uyğun olaraq aparılan təlimlərin uğurla baş tutması üçün bütün tədbirləri həyata keçiriblər.
Müdafiə naziri qeyd edib ki, hər bir matros, miçman və zabit vətənpərvərlik hissini, Vətənimizə, xalqımıza və onun Ali Baş Komandanına sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə əks etdirən Silahlı Qüvvələrimizin şəxsi heyəti hər an düşmən üzərində qələbə əldə edə bilər.
Hərbi Dəniz Qüvvәlərinin gələcək inkişafına toxunan Müdafiə naziri hazırda müasir standartlara və yeni tələblərə cavab verən geniş infrastruktura malik hərbi dəniz bazasının tikintisinin sürətlə aparıldığını, o cümlədən dəniz qüvvələrinin yeni hərbi gəmilərlə təmin olunacağını xüsusilə qeyd edib.
Sonda təlimə cəlb olunan birləşmə və hissələrin döyüş sahəsində birgə fəaliyyət göstərib tapşırıqların öhdəsindən gələrək fərqlənən hərbi qulluqçular Müdafiə naziri tərəfindən mükafatlandırılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət