“İnterfaks-Azərbaycan” agentliyinin Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidovla müsahibəsi.
- Yanvarın sonunda Milli Məclisin nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak edəcək. Bu dəfə Strasburqda azərbaycanlı deputatlar hansı məsələləri qaldıracaqlar?
- Bizim bir məsələmiz var. Həllini tapmayana qədər daimi və köhnə məsələdir. Bu, Dağlıq Qarabağ münaqişəsidir. Məsələ çox ləng də olsa, yenidən Avropa Şurasında aktuallaşmağa başlayır. Ermənistan nümayəndə heyəti uzun zaman bu mövzunun müzakirəyə çıxarılmasına mane olmağa çalışırdı, AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin işində iştirakdan imtina edirdi və bu barədə heç nə eşitməməyə çalışırdı. İndi isə bu məsələ üzrə məruzəçi təyin edilib. Həmin məruzəçi AŞPA-nın yanvar sessiyasından sonra regiona səfər edəcək.
- Ermənistan nümayəndə heyəti yəqin ki, 1915-ci ildə Osmanlı imperiyasında məlum hadisələrin 100 illiyi ilə əlaqədar müəyyən fəaliyyətə cəhd edəcək.
- Birincisi, erməni nümayəndə heyəti bu məsələni həmişə bu və ya digər səviyyədə aktuallaşdırmağa cəhd edir. Lakin sizə deyim ki, AŞPA-nın bu cəhdlərə necə reaksiya verdiyini xatırlamıram. Yanvar sessiyasının gündəliyində bu məsələ ümumiyyətlə durmur.
İkincisi, bu, yanvar sessiyası üçün heç də aktual problem və həmin ay müzakirə ediləcək məsələ deyil. Qış sessiyası zamanı aktuallıq kəsb edən Ermənistanla yox, Rusiya ilə bağlı məsələdir.
- Krım problemi meydana gələndən sonra Dağlıq Qarabağ məsələsinin AŞPA-da aktuallaşdığını və nəhayət ki, Avropada bu cür məsələlərin həllinin əhəmiyyətini anladıqlarını söyləmək olarmı?
- Bu, çox şişirdilmiş anlayışdır. Krım məsələsi birdən-birə meydana gəlmədi, bu, tamamilə başqa mövzudur... Mən dəfələrlə fikir vermişəm ki, Qərb bu məsələyə ağrılı reaksiya verir. 20 ildən artıqdır Qarabağ probleminin həll edilməməsi və Azərbaycan ərazilərinin işğal altında qalması ilə bağlı bəyanatlarımıza isə məhəl qoymur.
Bəli, əgər hər hansı təşkilatda ikili standartlar mövcuddursa, o zaman həmin təşkilat süquta məhkumdur. AŞPA-da Rusiyaya qarşı sanksiyalar tətbiq edildiyi zaman biz buna qarşı çıxış etdik. Mən bunun səbəbini izah etmişəm. Çünki əgər siz Rusiyaya qarşı sanksiyalar tətbiq edirsinizsə, o zaman Ermənistana qarşı da sanksiyalar tətbiq etmək lazımdır. Bu necə olur? Ermənistana qarşı isə heç bir sanksiya tətbiq olunmayıb. Ermənistan Azərbaycan ərazilərini işğal edib. Kimsə mənə izah edə bilərmi, nə üçün Ermənistana qarşı bu cür sanksiyalar yoxdur? Çünki ikili standartlar mövcuddur.
- Yeri gəlmişkən, ötən il Rusiya AŞPA-da səsvermə hüququndan məhrum edilib. Təşkilatın yanvar sessiyasında Moskvaya qarşı sanksiyaların tətbiqi məsələsi müzakirə olunacaqmı?
- Xeyr, sanksiyalar deyil. Rusiya barəsində Avropa Şurasında onun gələcək fəallığı məsələsi müzakirə olunacaq. Çünki sanksiyalar ləğv edilməyib. Onlar yanvar ayına qədər qüvvədədir. Yanvar ayında həmin sanksiyaların müddəti bitir və AŞPA onların tətbiqi və ya ləğv edilməsi, hansı tədbirlərin görülməsi ilə bağlı məsələləri müzakirə edəcək.
- Azərbaycan nümayəndə heyətinin bu məsələyə münasibəti necədir?
- Bizim konkret mövqeyimiz var və bu, çoxdan məlumdur. Biz hər zaman deyirdik ki, heç bir ikili standartlarla beynəlxalq təşkilatı idarə etmək mümkün deyil. Əgər sanksiyalar tətbiq etmək istəyirsinizsə, bunu seçmə üsulla etməyin. Ümumiyyətlə seçmə üsulun tətbiqi sanksiya tətbiq edilən tərəfin deyil, bunu edənlərinsüqutuna səbəb olur. İndiki halda bu məsələdə ikili standartlardan çıxış edən Avropa Şurasının. Bu səbəbdən biz bu cür sanksiyaların əleyhinəyik. Mən ümumiyyətlə təsəvvür etmirəm ki, bu gün faktiki olaraq dünyanın yarısını tutan dövləti necə təşkilatdan çıxarmaq və ona qarşı sanksiyalar tətbiq etmək olar? Bütün bunlar çox qəribə səslənir. Görünür, bu hallar siyasi nöqteyi-nəzərdən əsaslandırılıb. Əlbəttə, öz mövqeyini bildirmək mümkündür, əsaslandırmaq, hətta sanksiyalar tətbiq etmək lazımdır, lakin ikili standartlar nöqteyi-nəzərindən deyil, obyektiv şəkildə.
- Fevralın 1-də Azərbaycan parlamentinin ilk plenar iclası keçiriləcək. Milli Məclisin yaz sessiyası çərçivəsində rəhbəri olduğunuz Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin gündəliyinə hansı məsələlər daxil ediləcək?
- - Məsələlərimiz çoxdur. Əsasən, müxtəlif konvensiyalardır. Yəni komitəmizin xüsusiyyəti məhz bundan ibarətdir - komitə vasitəsilə imzalanan müxtəlif beynəlxalq sazişlər. Sevindirici haldır ki, 30 dekabr 2014-cü il tarixində keçirilən Milli Məclisin payız sessiyasının son iclasında üç ölkə (Avropa ölkəsi, yaxın qonşu və Asiya dövləti) ilə dostluq və əməkdaşlığa dair sazişləri təsdiq etdik.
Azərbaycanın beynəlxalq münasibətlər coğrafiyası kifayət qədər müxtəlif və çoxtərəflidir. Bu, cari il də prioritet təşkil edəcək. Azərbaycan birtərəfli və birvektorlu siyasət yürütmür. Biz tarazlaşdırılmış, çoxvektorlu siyasət həyata keçiririk və bu msələdə Azərbaycanın maraqları prioritet təşkil edir. Əgər ölkəmizin maraqları Asiya regionunda öz ifadəsini tapırsa, biz bunu orada həyata keçiririk. Əgər bu, Avropa ilə bağlı baş verirsə, o zaman orada fəaliyyət göstəririk. Yaxın qonşuluq nöqteyi-nəzərindən də müvafiq olaraq hərəkət edirik. Belə ki, komitəmizin fəaliyyət perspektivi bu cür qanun layihələrinin müzakirəsi ilə əlaqədardır.
Son illər ölkəmiz Cənubi Amerika, Afrika, Asiya dövlətləri ilə ikitərəfli münasibətlərin inkişafı üzrə böyük iş görüb. Ümumiyyətlə idarəetmənin parlament sxeminin tətbiq olunduğu və siyasi sistemdə parlamentlərin rolunun böyük olduğu dövlətlərlə parlamentlərarası əlaqələr xüsusi aktuallıq qazanır. Bizim çoxlu sayda dostluq qruplarımız var. Siz yəqin ki, hörmətli spikerin ötən il nə qədər səfərin həyata keçirildiyinə dair hesabatını dinlədiniz. Neçə prezident və beynəlxalq təşkilatları özümüzdə qəbul etmişik, nə qədər qarşılıqlı əlaqələr inkişaf etdiririk. 2014-cü ildə bizdə AŞPA Parlament Assambleyasının 23-cü sessiyası keçirilib, AŞPA-nın Daimi Komitəsinin iclası, NATO Parlament Assambleyasının «Rose-Roth» 86-cı seminarı və s. tədbirlər keçirilib. Yəni çox sayda beynəlxalq təşkilatlar burada iclaslar keçiriblər. Bütün bunlar çox mühümdür.
Bu il də istisna deyil. 2015-c il bizim üçün kifayət qədər vacib ildir. Bu il Azərbaycanda Avropa Oyunlarının və Milli Məclisə seçkilərin keçiriləcəyi ildir. Çox vacib ildir, çünki dünya iqtisadiyyatında bir çox mühüm dəyişikliklərin şahidi oluruq. Bu, həqiqətən çox simvolik illərdən biridir. Düşünürəm ki, bu il Azərbaycan digər ölkələrlə ikitərəfli münasibətlərin və parlamentlərarası çoxtərəfli əlaqələrin qurulmasına yönələn sabit siyasətini davam etdirəcək. 2015-ci il də 2014-cü il kimi uğurlu olmalıdır.
Söhbət etdi Rasim Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət