Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın müvafiq strukturlarına müraciət edərək, bu ölkədə yayımlanan V kanalda efirə gedən və Azərbaycan əlehyinə yönəlmiş verilişlə bağlı narazılığını bildirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib.
Qeyd edək ki, həmin proqramda 20 Yanvar faciəsi və Qarabağ münaqişəsinin mahiyyəti təhrif olunub.
O qeyd edib ki, “obyektivlikdən uzaq olan və Ermənistanın maraqlarının təbliğinə həsr olunmuş bu verilişdə işğal edilmiş Azərbaycan torpaqlarında və Ermənistanın özündə azərbaycanlılara qarşı divan tutulması faktları məqsədyönlü surətdə gizlədilib.
“Verilişdə Xocalı faciəsi ilə bağlı kadrların nümayiş etdirilməsinə baxmayaraq, proqramın müəllifi və kanalın redaksiyası özlərində bu faciənin ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilməsini deyəcək qədər cəsarət tapmadılar. 20 Yanvar faciəsi dağılmaqda olan imperiyanı qoruyub saxlamaq üçün Sovet rejiminin Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayətdir”,- deyə XİN sözçüsü bildirib.
XİN nümayəndəsi qeyd edib ki, proqramın müəllifi Azərbaycanın müvafiq icazəsi olmadan Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edib və bununla da ölkənin dövlət sərhədləri haqqında qanunu pozub.
H.Hacıyev telekanalın redaksiyasını belə materiallar hazırlayarkən mənəvi və insani məsuliyyət daşımağa çağırıb.
“Televiziyanın redaksiyası və jurnalist bu cür qərəzli material hazırlayarkən heç olmasa qanlı etnik təmizləməyə, Azərbaycan xalqına qarşı işğal və təcavüz faktlarına, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün acılarına hörmətsizliyə görə mənəvi və insani məsuliyyət hiss etməlidirlər”, - deyə o qeyd edib.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət