Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko əmindir ki, nə Bakı, nə də Kiyev öz ərazilərinin ilhaqı ilə barışmayacaq.
“Hər iki ölkə başqa ölkə tərəfindən təcavüzə məruz qalıb. Dağlıq Qarabağ problemi bütün dünyaya məlumdur. Biz də bu gün Rusiya ilə müharibə şəraitində yaşayırıq. Təəssüf ki, bizi bu acı təcrübə birləşdirir”, - deyə A.Mişenko Ukraynaın Birlik Gününə həsr olunmuş tədbirdə bildirib.
“Mən əminəm ki, bizim Azərbaycanla əməkdaşlığımızın perspektivləri var. Biz əməkdaşlığa məhkumuq, çünki heç kim torpaqlarının ilhaqı ilə barışmaq fikirində deyil, nə Azərbaycan xalqı, nə də ölkə rəhbərliyi. Həmçinin Ukrayna xalqı da şimal qonşularımızın təlqinləri ilə razılaşmayacaq”,- deyə diplomat qeyd edib.
O deyib ki, Bakı və Kiyev yaranmış vəziyyəti nəzərə alaraq beynəlxalq təşkilatlar çərçivəsində səylərin birləşdirilməsi məsələlərini müzakirə edirlər.
“Biz beynəlxalq hüquq vasitəsi ilə ölkələrimizin ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə beynəlxalq təşkilatlar çərçivəsində səylərimizin birləşdirilməsi məsələsini müzakirə edirik”,- deyə o qeyd edib.
Diplomatın sözlərinə görə, bu gün Azərbaycan və Ukraynanı separatçılarla danışıqlara cəlb etmək istəyirlər.
“Bizim səylərimiz başa düşüləndir. Təəssüf ki, dünya necə varsa, elədir. Təcavüzkar ölkələr var ki, bizə aydın olmayan hansısa diskussiya yolu ilə bizi separatçılarla və döyüşçülərlə danışıqlara cəlb etmək istəyirlər. Biz bunu Azərbaycanda da görürük - bu faciəli hadisələrin iştirakçılarının adı açıq-aşkar çəkilmir. Belə şərtlər altında razılığa gəlmək çox çətindir”, - deyə səfir qeyd edib.
“Məsələn, bizə deyirlər ki, döyüşçülərlə razılığa gəlin. Biz real olaraq başa düşürük ki, bizim danışıqlardakı tərəfdaşımız Rusiyadır, döyüşçülər deyil. Buna görə də biz Azərbaycana siyasi iradə taparaq təcavüzkarla danışıqlara getmək təklif ediləndə, bunun ölkə üçün necə də ağır olduğunu başa düşürük”,- deyə diplomat qeyd edib.
O, həmçinin dövlətçiliyin bərpası məsələsinə toxunaraq bildirib ki, bu məsələdə də Azərbaycan və Ukraynanın bənzər cəhətləri var.
“Ölkələr eyni dövrü yaşayıblar. Azərbaycan Demokratik Respublikasının yaşı Ukrayna Xalq Resüpublikasının yaşından bir qədər çox ola bilər, lakin bu, o qədər də önəmli deyil. Vacib olan odur ki, xalq dövlət yaratmaq əzmində olub və bu, real hüquqi sənədlərdə öz əksini tapıb ki, bu sənədlər gün həm Azərbaycan, həm də Ukrayna üçün əsasdır.
Onun sözlərinə görə, Ukrayna Xalq Respublikası ilə Qərbi Ukrayna Xalq Respublikasının birləşdirilməsi Aktı Ukrayna dövlətçiliyinin formalaşdırılması məsələsində əsas sənəddir”,- deyə diplomat qeyd edib.
“Kreml ideoloqlarının Ukraynanın heç bir zaman müstəqil olmaması ilə bağlı səsləndirdikləri fikirlər bir yalandır”,- deyə A.Mişenko vurğulayıb.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət