“Elm haqqında” qanunun qəbul edilməsi Azərbaycanda elm sahəsinin inkişafına böyük töhfə olacaq. Bu barədə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev bəyan edib.
“Yanvarda komitədə “Elm haqqında” qanun layihəsi ilə bağlı təklif və tövsiyələr öyrənilib. Və bu gün cəsarətlə demək olar ki, bu qanunvericilik aktı baxılmağa və qəbula tam hazırdır”, - deyə o, bu gün komitənin iclasında vurğulayıb.
Sədrin sözlərinə görə, “Elm haqqında” qanun layihəsinin hazırlanması Milli Məclisin payız sessiyasında komitə üzvlərinin əsas fəaliyyət istiqaməti olub.
“Qanun layihəsi komitənin iclaslarında iki dəfə müzakirə olunub. 25 dekabr 2014-cü il tarixində komitənin üç saata yaxın davam edən geniş iclası keçirilib. Onun yekunları üzrə məsələnin Milli Məclisin plenar iclasına çıxarılması qərara alınıb”, - deyə Ş.Hacıyev bildirib.
Komitə sədri komitə üzvləri və müvafiq dövlət strukturlarının nümayəndələrinin sənədin hazırlanması üzərində fəal iştirakını qeyd edib.
“Elm haqqında” qanun layihəsi üzrə sənədin müzakirəsində iştirak edən deputatlardan və müzakirələrdə iştirak edən digər şəxslərdən 18 təklif və tövsiyə daxil olub. Yanvarda biz həmin təklifləri diqqətlə öyrəndik. Bu gün “Elm haqqında” qanun layihəsi tam hazırdır. Yəqin ki, Milli Məclisin yaz sessiyasında layihəyə baxılaraq qəbul ediləcək”, - deyə sədr bildirib.
Ş.Hacıyevin sözlərinə görə, 1993-cü ildən başlayaraq “Elm haqqında” qanun layihəsinin hazırlanması üzərində iş aparılır.
“Həmin məsələ parlamentin bütün çağırışlarında komitəmizin üzvləri tərəfindən müzakirə olunub. “Elm haqqında” qanunun qəbul edilməsi elm sahəsinin inkişlafına xidmət edəcək, elmi fəaliyyət üçün hərtərəfli normativ-hüquqi bazanın yaradılmasına dair zəruri şəraiti təmin edəcək”, - deyə o qeyd edib.
Ş.Hacıyev, həmçinin vurğulayıb ki, payız sessiyasında komitə üzvləri 2015-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsində fəal iştirak ediblər.
“Parlamentin payız sessiyası çərçivəsində Elm və Təhsil Komitəsinin dörd iclası keçirilib. İclaslarda 6 qanun layihəsinə baxılıb. Komitəyə daxil olan 133 müraciət və məktub nəzərdən keçirilib. Müraciətlər əsasən sosial problemlər, xaricdə təhsil alan məzunların diplomlarının tanınması, təhsil haqqı, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsi və s. ilə bağlı olub”, - deyə o vurğulayıb.
Ş.Hacıyevin sözlərinə görə, komitə vətəndaşların müraciətləri əsasında 92 məktubu baxılmaq üçün müvafiq qurumlara yönəldib.
R.Babayev
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət