"AccessBank" Cənub-Şərqi Avropa üzrə Avropa Fondundan (EFSE) 20 mln. ABŞ dolları məbləğində kredit cəlb edib. Bu barədə bankən məlumatında deyilir.
“Bu kredit Azərbaycanın kənd ərazilərində mikro və kiçik müəssisələrin maliyyələşdirilməsində “AccessBank”a dəstək olacaq və bununla ölkədə sahibkarlığın və iqtisadiyyatın inkişafına töhvə verəcək”, - deyə məlumatda qeyd edilir.
“AccessBank” yeni kredit vasitəsi ilə 6 mindən artıq əlavə mikrokredit verəcək.
“Biz EFSE fondunun təqdim etdiyi maliyyə dəstəyini yüksək qiymətləndiririk. Bank bu vəsaitlər sayəsində daha çox sayda, xüsusilə Azərbaycanın bölgələrində fəaliyyət göstərən mikro və kiçik sahiblarlarını dəstəkləyəcək”, - deyə məlumatda “AccessBank”ın İdarə Heyətinin sədri Michael Hoffmanna istinadən bildirilir.
“Mikro, kiçik və orta müəssisələrin inkişafına böyük töhfə verməsi və bazarda aparıcı mövqe tutması sayəsində “AccessBank” EFSE qrupunun məqsədlərinə nail olmaqda etibarlı tərəfdaş hesab edilir. 2011-ci ildən etibarən EFSE fondunun tərəfdaş kredit təşkilatı olan “AccessBank” fondun vəsaitlərini uğurlu və sabit qaydada bizim ümumi məqsədlərimizin yerinə yetirilməsinə yönəldir”, - deyə EFSE İdarə Heyətinin sədri Monika Bek vurğulayıb
Cənub-Şərqi Avropa ölkələri üzrə Avropa Fondu (EFSE) Almaniyanın Federal İqtisadi Əməkdaşlıq üzrə Federal Nazirliyinin (BMZ) və Avropa Komissiyasının maliyyə dəstəyi ilə KfW İnkişaf Bankı tərəfindən yaradılıb. Fondun məqsədi Cənub-Şərqi Avropa və Cənubi Qafqaz regionu ölkələrində iqtisadi inkişafa və tərəqqiyə təkan verməkdən ibarətdir.
“AccessBank” 2002-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, “Access Holding” və “LFS Financial Systems GmbH” tərəfindən yaradılıb və respublikanın aparıcı banklarının beşliyinə daxildir.
A.Əzizov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət