“İnterfaks-Azərbaycan” agentliyinin suallarına RF İctimai Palatasının beynəlxalq komissiyası rəhbərinin birinci müavini, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov cavab verir
- Cənab Markov, Azərbaycana səfərinizin məqsədi nədir?
-Səfərin məqsədi Rusiya və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsidir. Bizdə Azərbaycanın Dostları Klubu var, bura Dövlət Dumasının deputatları, Federasiya Şurasının, İctimai Palatanın üzvləri, jurnalistlər daxildir. Mən klubun koordinatoruyam.Hazırda bizim bir neçə iş istiqamətimiz var. Birinci istiqamət bu ilin yay ayında Bakıda keçiriləcək Avropa Oyunları ilə əlaqədardır. Bu, Azərbaycan üçün böyük tədbirdir, lakin hələ ki, bu barədə respublikanın hüdudlarından kənarda o qədər də çox məlumat yoxdur. Buna görə də biz rus dilli ölkələrdə, o cümlədən Rusiyada bir sıra tədbirlər keçirmək istəyirik.
Biz, əsasən ərazidə deyil, informasiya strukturları ilə işləyirik ki, bu tədbir barədə hamıya məlumat verilsin. Mən Azərbaycanda bununla əlaqədar olaraq necə genişmiqyaslı iş aparıldığını görürəm.
Bu Avropa Oyunlarının respublikaya gələn turistlər üçün bir növ özünəməxsus qapı rolu oynaması və onların burada özləri üçün yeni Azərbaycanı, yeni qurulan Bakını kəşf etməsi düzgün olardı.
İkinci istiqamət - biz həmkarlarımızla, Milli Məclisin deputatlarlı ilə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri cənab Səməd Seyidovla görüş planlaşdırırıq. Məsələ bundadır ki, bu yaxınlarda Strasburqda AŞPA-nın müzakirələrində Azərbayacanın nümayiş etdirdiyi mövqe Rusiyada çox müsbət qarşılanıb. Və biz bu müsbət dalğalar fonunda Parlament qəzetində Milli Məclisin deputatlarının, Federasiya Şurasının iştirakı ilə “dəyirmi masa” təşkil etmək istəyirik. Məqsəd ümumilikdə Azərbaycan-Rusiya münasibətlərinin perspektivlərini, xüsusən Ukaynadakı vəziyyətlə bağlı Rusiyada yaranmış vəziyyəti müzakirə etməkdir.
Bundan başqa, biz akademik strukturların, o cümlədən Fəlsəfə İnstititunun nümayəndələri ilə görüşəcəyik. Mən özüm Moskva Dövlət Universitetinin Fələfə fakültəsinin məzunu olaraq insanların bir-birinə bağlılığını hiss edirəm. Biz ölkələrimizin fəlsəfə cəmiyyətlərinin nümayəndələri arasında daha sıx əlaqələr yaratmaq istəyirik. İstəyirik ki, filosoflar və əlbəttə, siyasətçilər arasında daha çox ünsiyyət yaransın.
-Rusiyanın AŞPA-dan çıxması nə ilə nəticələnə bilər? Mənim yadımdadır ki, bir vaxtlar bu təşkilatda Rusiya nümayəndə heyətinə rəhbərlik etmiş Dmitri Roqozin demişdi ki, Rusiya olmadan assambleyadakı müzakirələr mənasız olacaq.
-AŞPA-nın iclaslarında iştirak edən hər kəs bilir ki, yalnız Rusiyanın müzakirələri zamanı yarıboş zal dərhal insanlarla dolur, qızğın debatlar gedir. Debatlar bitən kimi zal yeniden yarıya qədər boşalırdı. Həqiqətən, əgər Rusiya AŞPA ilə münasibətlərini uzun müddət dondurarsa, Avropa Şurası saxlanıla bilər, Parlament Assambleyası isə praktiki olaraq ləğv ediləcək. Əgər Rusiya Avrop Şurasından getsə, yəni Avropa Şurası güman ki, büdcəsi indi olduğundan 10 dəfələrlə az olan kiçik konsultativ təşkilata çevriləcək
-Ağ Evin indiki administrasiyasını postsovet məkanı ölkələrinə, xüsusən Rusiyaya qarşı aydın siyasət yürütməməkdə qınayırlar. Bunula bağlı nə deyə bilərsiniz?
-Amerikalılar planlarla deyil, daha çox əldə edilmiş hüdudlar strategiyası ilə hərəkət edirlər. Yeri gəlmişkən, onalar bütün Amerikanı məhz belə əldə etdilər.
Axı onların Sakit okeana qədər gedib bütün hinduları məhv etmək planı yox idi. Onlar bunu mərhələli şəkildə, müəyyən hüdudlar üzrə həyata keçirdilər. Eyni hüdud siyasəti Rusiyaya da qarşı həyata keçirilir. Bizim üçün də hinduların taleyi hazırlanıb. Lakin biz hinduların taleyi ilə razı deyilik. Bizim nüvə silahı olan raketlərimiz var, bunu bizim ata-babalarımız yoxsul yaşamaqla, öz boğazlarından kəsməklə qurub yarada biliblər.
Rusiyanın təcrid olunması barədə söhbətlər gülüncdür. Avropa İttifaqı ölkələrinin əksəriyyəti sanksiyalarda iştirak etmək istəmir. Bir çox dünya ölkələri isə başa düşür ki, biz qalan bütün ölkələrin maraqları naminə Amerikanın müharibə partiyası ilə mübarizə aparırıq və buna görə Rusiyaya görə təəssüf hissi keçirirlər. Əgər birdən Vaşinqton Rusiyanı sındıra bilsə, hamı üçün pis olacaq. Amarikalılar gələcək və deyəcəklər: öz neft-qaz şirkətlərinizi təhvil verin. Mənə belə gəlir ki, Azərbaycan rəhbərliyi də bunu çox gözəl başa düşür.
-Siz bir dəfə demisiniz ki, Azərbaycan və Ermənistanın vahid inteqrasiya birliyində, xüsusən də Avrasiya İttifaqında iştirakı Qarabağ münaqişəsinin nizamlanmasına kömək edə bilər. Hesab edirsiniz ki, Azərbaycan və Ermənistan xarici siyasət planında müxtəlif tərəflərdə olarsa, münaqişənin həlli mümkün deyil?
Məsələ bir qədər fərqlidir. Problem müxtəlif tərəflərdə olmaq deyil, mövqelərin yaxınlaşmasına kömək edəcək xarici strukturun olmamasındadır. Axı münaqişə yox idi və prinsip etibarı ilə ola da bilməzdi, çünki hər iki respublika Sovet İttifaqının tərkibində idi. Struktur nöqteyi-nəzərindən vacib deyil, Rusiya Türkiyə ilə Avrasiya İttifaqı çərçivəsində olacaq və ya Almaniya Fransa ilə Avropa İttifaqı çərçivəsində. Lakin Azərbaycanla Ermənistanın vəziyyətində yalnız Avrasiya İttifaqına üzvlük real görünür.
-Bir neçə aydır Dağlıq Qarabağ münaqişə zonasında gərginliyin artması müşahidə olunur, atəşkəs rejimi tez-tez pozulur, hər iki tərəfdən itkilər var. Münaqişənin birdən-birə genişmiqyaslı müharibəyə çevrilmə təhlükəsi varmı?
-Mənə belə gəlir ki, bu ehtimal çox azdır. Birincisi, vəziyyəti sabitləşdirmək üçün məsələyə Rusiya, daha sonra Avropa İttifaqı qoşulacaq. Avropalılar Ukrayna böhranından dəhşətə gəliblər, burada da bir müharibə başlasa....
Əsas səbəb budur ki, son 20 ildə münaqişənin həlli ilə bağlı heç bir addım atılmayıb. Ümumiyyətlə heç bir addım.Yeri gəlmişkən, mən Tərtər (Sərsəng) su anbarı ilə bağlı konfransda iştirak etmişəm. Bu, qətiyyən düzgün deyil, orada baş verənlər dəhşət doğurur. Əslində bu, iqlim silahından istifadə etmək deməkdir. Bütün dünyanın alimləri gələcəkdə iqlim silahlarından necə istifadə etməyi düşünürlər, burada isə bu, artıq özünü işdə göstərir, payız-qış mövsümlərində su buraxılır, yaz-yay mövsümlərində, suyun əsl lazım olduğu vaxtda isə onun qarşısı kəsilir. Hesab edirəm ki, Tərtər su anbarı beynəlxalq nəzarətə verilməlidir.
Heç bir addımın atılmaması fonunda Azərbaycan sürətlə inkişaf edir. Hazırda respublikanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən əhəmiyyətli dərəcədə çoxdur, Azərbaycan daha da yüksələcək və potensilların bu güclü dəyişikliyi yeni vəziyyət yaradacaq. Düzəldilməsi mümkün olmayan nəticələrə yol verməmək üçün nəzarət oluna bilən düzəlişlər yolunu seçmək və tarixi güzəştə getmək lazımdır. İlk növbədə Dağlıq Qarabağ ətrafındakı 7 rayon tamamilə Azərbaycana verilməli, hansısa müşahidəçilərin nəzarəti altında silahsız zona yaradılmalı, Ermənistan blokadadan çıxarılmalı və yekun nizamlanma üzrə danışıqlar prosesi başlamalıdır.
Söhbət etdi Fuad Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət