Azərbaycan və Ukraynanın ərazi bütövlüyünün pozulmasının ümumi kökləri var. Bu barədə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko cümə günü Maydanda baş verən hadisələrin ildönümümə həsr olunan dəyirmi masada bəyan edib.
“Azərbaycan bu gün Ukrayna kimi ərazilərinin ilhaqı faciəsini yaşayıb və yaşamaqda davam edir. Bu hadisələrin ətrafında çoxlu müzakirələr aparılır. Biz yalnız kökləri görürük. Şəxsən mən bu gün Ukraynanın təcavüzkar üzərində qələbəsinin Azərbaycan üçün də vəziyyətdən çıxış yolu olduğunu təsdiq və iddia etməkdən yorulmuram”, - deyə səfir vurğulayıb.
Ukrayna və Azərbaycanın bir-birini ərazi bütövlüyünün təminatı və suverenlik məsələlərində dəstəklədiyini qeyd edən diplomat deyib ki, strateji nöqteyi-nəzərdən Bakı ilə Kiyev arasında heç bir fərq yoxdur, sadəcə buna hansı taktiki yolla getməklə bağlı fikir ayrılıqları var. Diplomatın sözlərinə görə, “Azərbaycan özünün, biz isə özümüzün üsullarından istifadə edirik”.
“Bu taktikanı qəbul etmək və ya etməmək olar. Ərazi bütövlüyünə təhlükə olduğu yerdə bizim heç bir fikir ayrılığımız yoxdur. Bu, çox mühümdür”, - deyə A.Mişenko vurğulayıb.
Səfir bildirib ki, “Qəhrəmanlar ölmür” anlayışı həm Ukrayna, həm də Azərbaycanda həmahəngdir. O qeyd edib ki, hər zaman “Azərbaycan qardaşlarını nikbinliyi itirməməyə çağırır, çünki 20 il ərzində kifayət qədər diqqətsizlik boş yerə getməyib”.
“Dünya Qarabağda baş verən faciə, ihaq barədə məlumatlıdır. Bu problemə kifayət qədər diqqətin olmaması dünyanın qeyri-mükəmməl olduğundan xəbər verir”, - deyə o söyləyib.
Ukraynalı diplomat ərazi bütövlüyü və suverenliyin qorunması və bərpa edilməsi məsələlərində Ukrayna və Azərbaycanın birgə səylərinin birləşdirilməsinin zəruriliyini bəyan edib.
“Mən kiminsə haradasa kimisə dəstəkləmədiyini xatırlamaq istəmirəm. Əksinə, irəli getmək lazımdır, çünki keçmişlə deyil, gələcəklə yaşamaq lazımdır. Siz də, biz də ərazilərimizi azad etməliyik”, - deyə A.Mişenko vurğulayıb.
Onun sözlərinə görə, bu gün nə Bakı, nə də Kiyev Qərbin yardımı olmadan bu problemləri həll edə bilməyəcək.
“Qərb nə qədər qeyri-standart olsa da, hər hansı ikili standartlar tətbiq edilsə də, biz Qərbin yardımı olmadan bunu edə bilməyəcəyik. Müharibənin təsirini öz üzərində hiss etməyən şəxs heç zaman başqasının ağrısını özününkü kimi qəbul etməyəcək”, - deyə diplomat qeyd edib.
A.Mişenko təəssüflə bildirib ki, Kiyevə yardım vəd edən Vaşinqton və London öhdəliklərini tam yerinə yetirmirlər.
“Biz ölkəmizin ərazi bütövlüyü və suverenliyinə zəmanət verən Budapeşt memorandumunu imzaladıq. Buna zəmanət verən ABŞ və Böyük Britaniya Ukraynanın ərazi bütövlüyünü özününkü kimi müdafiə etməli idi. Buna baxmayaraq, biz bunun baş vermədiyinin şahidi oluruq. Bəli, fəallıq var, Azərbaycan torpaqlarının ilhaqı ilə bağlı vəziyyətdən daha artıqdır. Ancaq bu, onsuz da kifayət deyil və biz Qərbi kifayət qədər qəti davranmadığına görə tənqid edirik. Oyun davam edir, nüvə təhlükəsi qorxusu var - o zaman dünya nüvə faciəsinin baş verməsi təhlükəsi altında olacaq”, - deyə Ukrayna səfiri vurğulayıb.
Diplomat yaranmış vəziyyətdən çıxış yollarının axtarılmasına tərəfdar olduğunu bəyan edib.
“Hesab edirik ki, bütün bunlardan hələlik istifadə olunmayıb. Ukrayna mütləq bu məsələdə Azərbaycana kömək edəcək. Strateji cəhətdən Azərbaycan və Ukraynanın bir-birinin ərazi bütövlüyünü dəstəkləməsində heç bir fərq yoxdur. Ərzi bütövlüyünə təhlükə olan yerdə biz bir-birimizi dəstəkləyirik. Əminəm ki, biz bütün bu sınaqlardan çıxacağıq”, - deyə A.Mişenko qeyd edib.
“Azərbaycan beynəlxalq hüquq nöqteyi-nəzərindən hər zaman beynəlxalq münasibətlərin tərəfdaşı olacaq. Azərbaycan Ukraynaya qarşı səs verməyib. Biz Ukrayna ərazisinin bir hissəsinin ilhaqı faktını tanıyırıq. BMT Təhlükəsizlik Şurasında səsvermə zamanı biz bunu nümayiş etdirdik”, - deyə Milli Məclisin deputatı Rövşən Rzayev bəyan edib.
O, yeni insan qurbanlarına səbəb olan hərbi əməliyyatların dayandırılmasının zəruriliyini qeyd edib.
“Bu gün əsas məsələ döyüşləri və insan ölümlərini dayandırmaqdır. Heç zaman ağlıma gəlməz ki, Rusiya və Ukrayna xalqları bir-biri ilə döyüşçəcəklər. Lakin əfsuslar olsun ki, bu gün siyasi vəziyyət bu cür formalaşıb”, - deyə R.Rzayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan hər zaman ədalətin tərəfindədir.
Beynəlxalq hüququn beynəlxalq hüquqsuzluq üzərində qələbəsini təmin etmək lazımdır.
Azərbaycana ciddi zərbə vuran ikili standartlar mövcuddur. Ermənistan işğalçı ölkədir. Əgər bir dövlətə qarşı sanksiyalar tətbiq edilirsə, o zaman digər işğalçını kənarda saxlamaq olmaz.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət