Azərbaycan Almaniyanın regionda siyasi, iqtisadi, mədəniyyət, siyasi-təhlükəsizlik sahələrində mühüm tərəfdaşıdır. Bu barədə Almaniya xarici işlər nazirinin müavini, dövlət katibi Markus Ederer Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla Berlində keçirilən ikitərəfli XİN-lərarası məsləhətləşmələr çərçivəsində bəyan edib.
X.Xələfovun idarələrarası məsləhətləşmələr çərçivəsində AFR XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar üzrə səfiri Kord Mayer-Klodla keçirdiyi görüşdə ikitərəfli münasibətlərə dair məsələlərin geniş spektri müzakirə olunub.
Tərəflər həyata keçirilmiş əməkdaşlığı dəyərləndirib, habelə gələcək perspektivlər barədə ətraflı fikir mübadiləsi aparıblar. Görüş iştirakçıları münasibətlərin hazırkı durumundan məmnunluq ifadə edərək, münasibətlərin daha yüksək səviyyədə inkişafı üçün böyük potensialın mövcud olduğunu vurğulayıblar. Qeyd edilib ki, Azərbaycan prezidentiİlham Əliyevin son həftələrdə AFR-ə həyata keçirdiyi iki səfər dövlətlərarası münasibətlərin inkişafına xüsusi töhfə verib.
Berlinə səfər çərçivəsində XİN başçısının müavini, həmçinin AFR Bundestaqında Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Karin Ştrentslə görüş keçirib. Görüşdə parlamentlərarası əməkdaşlıq, ikitərəfli münasibətlərin inkişafı, Ermənistan-Azərbaycanmünaqişəsi ilə bağlı məsələlər müzakirə edilib.
K.Ştrents vurğulayıb ki,Dağlıq Qarabağmünaqişəsinin həllinin əsasında Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması dayanır. Tərəflər münaqişənin həlli üçün Almaniyanın vəAvropa İttifaqının səylərinin artırılması və onların vasitəçilik potensialından daha səmərəli istifadə olunmasının vacibliyini vurğulayıblar.
X.Xələfov K.Ştrentsə Bundestaqın Dağlıq Qarabağmünaqişəsi ilə bağlı tutduğu obyektiv mövqeyə görə öz təşəkkürünü bildirib.
Nazir müavini Almaniya federal kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə müşavirinin müavini Mixael Flüqqer ilə də görüşüb. Görüşdə ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunub.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət