Bu gün Azərbaycanda media tam sərbəst fəaliyyət göstərir. Bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bəyan edib.
“Hazırda ölkədə media tam sərbəstdir və istədiyi hər şey barədə yazmaq, istənilən məsələni qaldırmaq və onu geniş ictimaiyyətin müzakirəsinə çıxarmaq imkanına malikdir”,- deyə Ə.Həsənov bazar ertəsi Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) iclasında və “AzərTac” dövlət agentliyinin 95 illik yubileyinə həsr olunmuş tədbirdə bildirib.
O qeyd edib ki, respublikada azad, demokratik, dünyəvi informasiya mühitinin formalaşdırılması üzrə davamlı və məqsədyönlü iş aparılır.
“Bu gün Azərbaycan dövlətinin həyatını azad mediasız təsəvvür etmək çətindir. Ölkədə 5 minə yaxın mətbu orqanı qeydiyyatdan keçib. 40-a yaxın gündəlik, 300-dən çox həftəlik, eləcə də aylıq qəzet və jurnal nəşr olunur, 55 televiziya və radio kanalı mövcuddur, çoxsaylı internet resurslar, 20-yə yaxın informasiya agentliyi fəaliyyət göstərir”, - deyə Ə.Həsənov qeyd edib.
Onun sözlərinə görə, internet istifadəçiləri bütün ölkə ərazisində qlobal şəbəkəyə rahatlıqla daxil ola bilirlər.
“Hətta respublikanın ən ucqar regionlarında belə mobil və internet kanallarına çıxış imkanı var. Bu da öz növbəsində ölkədə sosial medianın əhatə dairəsinin genişlənməsinə imkan verir. Ölkədə təkcə “Facebook” istifadəçilərinin sayı 1,5 mln. nəfərə yaxındır”, - deyə Ə.Həsənov vurğulayıb.
Prezidentin köməkçisi KİV-lər arasında güclü rəqabətin olduğunu söyləyib.
“KİV-lər arasında rəqabətin olması təbii prosesdir. Lakin bu, sağlam rəqabət olmalıdır. Lakin təəssüf ki, tez-tez buna əks mənzərəyə rast gəlinir. Çox nüfuzlu informasiya agentliklərinin dünyada baş verən hadisələri müxtəlif rakurslardan, öz siyasi baxışlarından irəli gələrək təqdim etmələri nadir hal deyil. Mediada yoxlanılmamış, qərəzli və sifarişli informasiyalara yer verilir. Bu isə beynəlxalq arenada ikitərəfli münasibətlərə ziyan vurur”,- deyə Ə.Həsənov qeyd edib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət