“İnterfaks-Azərbaycan” agentliyinin Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın (Gürcüstan, Ukrayna,
Azərbaycan və Moldova) baş katibi Valeri Çeçelaşvili ilə müsahibəsi
- Hazırda Ukrayna hələ ötən əsrin sonlarından etibarən Azərbaycan, Gürcüstan və Moldovanın əziyyət çəkdiyi təcavüzkar separatçılıqla üzləşib. Bu amil GUAM-ın daha da fəallaşmasına imkan yarada bilərmi? Rəhbərlik etdiyiniz təşkilat bu gün hansı layihələri reallaşdırır?
- Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) xüsusilə azad ticarət zonası, nəqliyyat tranzit dəhlizinin reallaşdırılması, mütəşəkkil cinayətkarlıqla mübarizə ilə bağlı bir sıra mühüm layihələrin fəal icrası ilə məşğuldur. Bu yaxınlarda biz yeni işçi qrupları, o cümlədən kibercinayətkarlıqla mübarizə üzrə işçi qrupu təşkil etdik. Bütövlükdə bu ay burada, GUAM-ın Katibliyində işçi qrupları və alt qrupların müxtəlif istiqamətlər və profillər üzrə iclasların keçirilməsi nöqteyi-nəzərindən çox fəal olacaq.
Təcavüzkar separatçılıqla mübarizə üzrə birgə işə gəlincə isə, düşünürəm ki, bu gün Ukraynadakı vəziyyət bu anlayışı əhatə edir. Bu, həmçinin bir qədər fərqli formatdır. Hər kəsə aydındır ki, Ukrayna, belə deyək, hibrid müharibə vəziyyətindədir ki, onun əsasları Ukrayna dövlətinin hüdudlarından kənardadır. Bu isə, yeri gəlmişkən, Azərbaycan, Gürcüstan və Moldova ərazilərində münaqişələrlə bağlı vəziyyətlə oxşardır. Bu səbəbdən bizim mövqeyimiz vahid olaraq qalır. Bu mövqe GUAM məkanında münaqişələrin sülh yolu ilə nizamlanması prinsipləri ilə bağlı dövlət başçılarının yaxşı məlum olan xüsusi bəyanatına əsaslanır. Və beynəlxalq təşkilatların platformalarında, ilk öncə Birləşmiş Millətlər Təşkilatında bizim şərtlərimiz və fəaliyyətimiz yaxşı formalaşdırılan və dövlətlərimiz tərəfindən dəstəklənən mövqe ətrafında ictimai rəyin birləşdirilməsi məqsədilə gücləndirilir.
- GUAM-a üzv ölkələr indiyədək BMT-də uğurla əlaqələr qurublar. BMT-də “dondurulmuş münaqişələr”ə dair daha əvvəl qəbul edilmiş qətnamələrin taleyi nə yerdədir?
- Bizim gündəliyin xüsusi bəndi var ki, onun çərçivəsində milli qətnamələr qəbul edilir. Bu, ilk növbədə Gürcüstan və Azərbaycan hökumətlərinin təşəbbüs etdikləri bir sıra qətnamələrdir. Və bu yaxınlarda Ukraynada baş verən hadisələrə dair Gürcüstanın “sponsor” qismində çıxış etdiyi qətnamə var idi. Təbii ki, qalan iki dövlət də onu dəstəklədi. Bu, ciddi qələbə idi, çünki BMT Baş Assambleyasının əksər üzvləri Ukraynaya dair qətnaməni dəstəklədilər.
Uzun sürən münaqişələrə dair əsas qətnaməyə gəlincə isə, bizim daimi nümayəndələrimiz onun üzərində işləyirlər. Daha çox sayda dövlətin diqqətini ona cəlb etməyə çalışırlar. Bu gün əksəriyyət bizim tərəfimizdədir. Ancaq məsələ ondan ibarətdir ki, bizə sadəcə əksəriyyət lazım deyil. Bizə bütün iri oyunçuları BMT Baş Assambleyasına daxil edəcək keyfiyyətli əksəriyyət lazımdır. Aydındır ki, bəzi istisnalar var ki, onların mövqeyinə biz təsir göstərə bilmərik. Buna görə bu məsələ gündəliyin maddəsi kimi həm milli əlaqələndiricilərimiz, həm də nazirlərin diqqət mərkəzindədir və biz müxtəlif istiqamətlərin hərəkətini, Baş Assambleyaya dəstək dinamikasını diqqətlə izləyirik. Ümid etdiyimiz nəticəni yüz faiz əldə edəcəyimizi hiss etdikdə, artıq çoxdan formalaşmış həmin qətnamənin mətnini səsverməyə çıxaracağıq.
- Əvvəllər GUAM çərçivəsində hərbi bölmənin yaradılması ideyası var idi. Ukraynada münaqişə bu ideyanın reallaşdırılmasına təkan verə bilərmi?
- 2000-ci illərin əvvəlində GUAM-da sülhməramlı batalyonun yaradılması məsələsi ciddi müzakirə olunurdu. Hazırda bununla əlaqədar fəal məsləhətləşmələr aparılmır. Lakim mən heç nəyi istisna etmirəm.
- Bəzi siyasətçilərin GUAM-ı qərarların qəbulu və icrasında fəaliyyətsiz hesab etdiklərini nəzərə alarsaq, təşkilatın bugünkü perspektivlərini necə görürsünüz? Bu gün təşkilat nə dərəcədə aktualdır?
-Düşünürəm ki, təşkilat çox aktualdır və ölkələrimiz üçün çox faydalı işlər görür. Təşkilatın ünvanına səslənən tənqidi anlayıram və hər zaman qəbul edirəm. Onu elə izah edirəm ki, daha çox və fəal çalışmaq lazımdır. Bura xarici siyasi prinsip və prioritetlərin eyni məcrada olduğu dörd dövlət daxil olduğuna görə təşkilatdan çox şey gözləyirlər. Bu səbəbdən bütün fəaliyyətimiz konstruktivliyə yönəlib. Müxtəlif dövlətlərin daxil olduğu və fəaliyyətsizliklərini konsensusa gəlməyin mümkün olmaması (o cümlədən müharibə vəziyyətində olan dövlətlər arasında) ilə özlərinə bəraət qazandıran digər təşkilatlardan fərqli olaraq, bizim bu cür “bəhanə”miz yoxdur.
Mən haqlı çıxmaq niyyətində deyiləm. Hesab edirəm ki, çox işlər görürük, lakin əməkdaşlığımızın formatı və ruhu daha fəal iş tələb edir. Bacarıqlarımız daxilində bunu etməyə çalışırıq. Əgər nə isə alınmırsa, məmnuniyyətlə tənqidə qulaq asarıq. Lakin konkret tənqidə qulaq asmaq istərdim. Ümumi, istənilən təşkilat, təsissat barədə deyiləcək tənqidə yox. Təsirli, proqrama əsaslanan tənqid dinləmək istərdim, bu tənqid ticarət, sərmayə, turizm, mədəni əməkdaşlıq, nəqliyyat, mütəşəkkil cinayətkarlıqla mübarizə, fövqəladə hallar və s. sahələrdə konkret əməkdaşlığı daha da inkişaf etdirməyə şərait yaratmalıdır.
Əfsuslar olsun ki, səslənən tənqid ümumi xarakter daşıyır. Bu cür kimi və nəyi istəsəniz, tənqid etmək mümkündür. Bu tənqidə cavab vermək də çətindir. Təşkilatın perspektivlərinə gəlincə isə, düşünürəm ki, artıq GUAM bir çox faydalı işlər görüb və gələcəkdə üzv dövlətlərə iş bacarığını sübut edəcək.
- GUAM-a üzv dövlətlərin və ya müxtəlif idarələrin başçılarının sammiti gözlənilirmi?
- Düşünürəm ki, hər halda xarici işlər nazirləri bu yarımildə mütləq toplaşacaqlar. İndi dəqiq tarixi deyə bilmərəm. Müzakirə olunan bir neçə imkan var. Mənim konkret tarixlər barədə bəyan etməyim çox tez olardı. Lakin Xarici İşlər Nazirləri Şurası ilin birinci yarısında mütləq toplaşacaq.
İlin sonuna kimi nələrin baş verəcəyini indi proqnozlaşdırmaq çox çətindir, çünki vəziyyət dinamik şəkildə dəyişir. Baxarıq. Ümid edirəm ki, cari ildə bir sıra maraqlı, o cümlədən yüksək səviyyədə görüşlər keçiriləcək.
- Bakıda hər hansı tədbirlərin keçirilməsi planlaşdırılırmı?
- 15-16 may tarixlərində ticarətə və daşınmalara dəstəklayihəsinin həyata keçirilməsi üzrəRəhbər KomitəninBakıda növbəti iclası planlaşdırılır. Yeri gəlmişkən, bu, sərhəd və gömrük idarələrinin rəhbərlərinin birgə toplaşdığı çox mühüm institutdur. Bu tədbirdə, həmçinin təşkilata üzv ölkələrin gömrük idarələrinin rəhbərləri arasında əməkdaşlığa dair protokolun imzalanması planlaşdırılır. Bu, bizə azad ticarət zonasını gələcəkdə təkmilləşdirməyə imkan verəcək vacib protokoldur. Rəhbər Komitənin iclasının keçirilməsi bir daha sübut edir ki, təşkilat istehsalçılar, sahibkarlar, ixracatçılar və idxalçıların GUAM-ın azad ticarət zonasında özünü əmin və rahat hiss etmələri üçün əlindən gələni əsirgəmir. Lakin bunu mütəxəssislər və bununla birbaşa əlaqəli olan şəxslər bilir.
Söhbət etdi Rasim Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət