Mayın ortalarında Azərbaycanda Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM(Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) çərçivəsində ticarətə və daşınmalara dəstəklayihəsinin həyata keçirilməsi üzrəRəhbər Komitənin növbəti iclası keçiriləcək. Bu barədə GUAM-ın baş katibi Valeri Çeçelaşvili “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində məlumat verib.
“15-16 may tarixlərində ticarətə və daşınmalara dəstəklayihəsinin həyata keçirilməsi üzrəRəhbər KomitəninBakıda növbəti iclası planlaşdırılır. Yeri gəlmişkən, bu, sərhəd və gömrük idarələrinin rəhbərlərinin birgə toplaşdığı çox mühüm institutdur”, - deyə V.Çeçelaşvili bildirib.
Baş katibin sözlərinə görə, tədbirdə təşkilata üzv ölkələrin gömrük idarələrinin rəhbərləri arasında əməkdaşlığa dair protokolun imzalanması planlaşdırılır.
“Bu, bizə azad ticarət zonasını gələcəkdə təkmilləşdirməyə imkan verəcək vacib protokoldur. Rəhbər Komitənin iclasının keçirilməsi bir daha sübut edir ki, təşkilat istehsalçılar, sahibkarlar, ixracatçılar və idxalçıların GUAM-ın azad ticarət zonasında özünü əmin və rahat hiss etmələri üçün əlindən gələni əsirgəmir”, - deyə V.Çeçelaşvili qeyd edib.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/633549 saytında tanış olmaq olar.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət