Xarici işlər nazirinin müavini Xələf Xələfov ümid edir ki, Xəzəryanı ölkələr Xəzərin hüquqi statusunun razılaşdırılması prosesini yaxın vaxtlarda tam başa çatdıracaqlar.
“Biz qısa vaxt ərzində Xəzərin statusu ilə bağlı məsələlərin razılaşdırılması prosesini başa çatdıracağıq”, - deyə X.Xələfov cümə axşamı Bakıda Xəzərin hüquqi statusunun müəyyən edilməsi üzrə işçi qrupun 39-cu iclasının yekunlarına dair brifinqdə bildirib.
O qeyd edir ki, 2016-cı ildə Astanada Xəzəryanı ölkələrin növbəti sammitinin keçirilməsi nəzərdə tutulur. Ümid var ki, sammitdə Xəzərin hüquqi statusuna dair Konvesiya imzalanacaq.
Nazir müavini məlumat verib ki, tərəflər keçirilən iclası müsbət qiymətləndiriblər. İclasda əvvəlki Konvensiya layihəsində razılaşdırılmayan bir çox məqamı razılaşdırmaq mümkün olub.
“Böyük məmnunluqla qeyd etmək istərdim ki, hazırkı mərhələni final mərhələnin başlanğıcı kimi qeyd etmək olar”, - deyə X.Xələfov vurğulayıb.
“Hesab edin ki, Konvensiyanın 80%-i razılaşdırılıb”, - deyə o bəyan edib.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət