İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur Xəzərin hüquqi statusuna dair Konvensiyanın razılaşdırılması prosesində mühüm irəliləyişin olduğunu qeyd edir.
“20 ildən artıq davam edən danışıqların tezliklə Xəzərin statusunun müəyyən edilməsinə dair məsələnin tam həll edilməsi üçün şərait yaratdığının şahidi olduq”, - deyə İ.Rəhimpur cümə axşamı Bakıda Xəzərin hüquqi statusunun müəyyən edilməsi üzrə işçi qrupun 39-cu iclasının yekunlarına dair brifinqdə bildirib.
Diplomat qeyd edib ki, iclas iştirakçıları Konvensiyanın altı maddəsi üzrə tam razılığa gəliblər.
Onun sözlərinə görə, ötən ilin sentyabr ayında Həştərxanda keçirilmişXəzər sammitində əldə edilən həll və sazişlər müzakirə olunan Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsində öz əksini tapıb.
“Əminik ki, Xəzər sülh və sabitlik dənizi olacaq. Bütün dünya Xəzəryanı ölkələrin öz aralarında məsələləri razılaşdırmasının şahidi olur. Ətrafımızda münaqişlər çoxdur və biz heç vaxt həmin böhran və münaqişələrin Xəzər regionuna gəlməsinə imkan verməyəcəyik. İnanmırıq ki, Astanada yüksək səviyyəli görüş son sammit olacaq, çünki əməkdaşlıq yalnız Konvensiyanın qəbul edilməsi ilə məhdudlaşmır. Əksinə, müxtəlif sahələrdə əməkdaşlığın razılaşdırılması üzrə yeni mərhələ başlayacaq. Lakin biz istərdik ki, Astana sammiti Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsi baxımından sonuncu olsun”, - deyə İ.Rəhimpur bildirib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət