Xəzərin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiya layihəsinə enerji boru kəmərinin Xəzər dənizinin dibi ilə çəkilməsi məsələsi daxil edilib. Bu barədə cümə axşamı Bakıda Xəzərin hüquqi statusunun müəyyən edilməsi üzrə işçi qrupun 39-cu iclasının yekunlarına dair brifinqdə bildirilib.
“Bu məsələ müzakirə olunur və indi Konvensiya layihəsinin maddələrindən birində Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilməsi qismində qeyd olunub”, - deyə Rusiya prezidentinin dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov bəyan edib.
Öz növbəsində Qazaxıstan nümayəndə heyətinin rəhbəri, XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova bu məsələ ilə bağlı Xəzəryanı dövlətlərin müxtəlif yanaşmalar malik olduğunu qeyd edib.
“Əslində Konvensiyada Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilməsinə dair maddə var. Həmin maddənin müddəası müzakirə prosesindədir. Müxtəlif yanaşmalar mövcuddur. Biz bu məsələnin üzərində işləyirik”, - deyə o vurğulayıb.
“Bu, hövzənin ölkələrinə aid olan iqtisadi fəaliyyət növüdür və sahilyanı ölkələr müvafiq suveren hüquqlara malikdir”, - deyəxarici işlər nazirinin müavini Xələf Xələfov bəyan edib.
Onun sözlərinə görə, bu məsələ Konvensiyada öz əksini tapacaq.
“Bütün sahilyanı ölkələrin könüllü iradəsi ilə diktə edilən mövqe və müddəalara əsaslanaraq, ümid edirəm ki, gələcəkdə bu cür məsələlər öz həllini tapacaq. Xəzəryanı ölkələr bu cür məsələlərin həlli üçün müvafiq formul tapacaqlar”, - deyə X.Xələfov vurğulayıb.
“Xəzər hövzəsində əməkdaşlıq üçün geniş imkanlar var. Ümid edirik ki, Konvensiyanın hazırlanması üzrə iş uğurlu olacaq. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə öz həllini tapmalıdır. Şübhəsiz ki, Xəzərdə bütün məsələlər ekoloji aspektlər nəzərə alınmaqla həll edilməlidir. Ekologiyanı qorumaq lazımdır ki, bütün ölkələr dənizin sərvətlərindən istifadə edə bilsinlər”, - deyə İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur qeyd edib.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət