“İnterfaks-Azərbaycan” informasiya agentliyinin Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi ilə müsahibəsi
- Cənab Elaydi, zəhmət olmasa, Azərbaycan və Misir arasında mədəniyyət əlaqələri barədə məlumat verərdiniz.
- İlk öncə, göstərdiyi diqqətə və Misir Mədəniyyət Mərkəzi ilə əməkdaşlığa görə sizin informasiya agentliyinə minnətdarlığımı bildirirəm. Təbii ki, Azərbaycan və Misir arasında münasibətlərin kökləri tarixin dərinliklərinə gedib çıxır. Müasir dövrə gəlincə isə, ölkəmiz Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verir. Misir Mədəniyyət Mərkəzinin buradakı fəaliyyəti bunun bariz nümunəsidir. Azərbaycanda dəfələrlə Misir Mədəniyyət Günləri, Misirdə isə Azərbaycan Mədəniyyət Günləri keçirilib. Bizim tətbiq etdiyimiz qaydaya əsasən bu tədbir bir il Azərbaycan, gələn il Misirdə keçirilir. Ötən il tədbirlər Azərbaycanda keçirildi. Bu il Misirdə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsini planlaşdırırıq. Bundan başqa, Azərbaycan konfrans və ya festival olsun, fərqi yoxdur, bütün elmi və mədəni tədbirlərə dəvət olunur. Misirlilər də Azərbaycanda keçirilən bütün tədbirlərdə iştirak edirlər. Bu cür tədbirlər daimi əsasda keçirilir.
Biz təhsil sahəsində də əməkdaşlıq edirik. Yaxın vaxtlarda ADA Universiteti ilə Misir Universiteti arasında əməkdaşlığa dair saziş imzalanacaq.
Bundan başqa, Misirdə Heydər Əliyevin abidəsi ucaldılıb. Hər iki ölkədə Azərbaycan-Misir Dostluq Parkı salınıb. Bütün bunlar iki ölkə arasındakı möhkəm münasibətlərin göstəricisidir.
- Hazırda tərəflər hansı birgə layihələr üzərində çalışırlar?
- Bu cür layihələr çoxdur. Görkəmli xadimlərə həsr olunan tədbirlər keçirilir. Misal üçün, Ayn-ül-Şəms Universitetində Ədəbiyyat fakültəsinin Ərəb dili və ədəbiyyatı kafedrasının müdiri, Prof. Tarik Çələbi ərəb ədəbiyyatı üzrə çoxsaylı əsərlərin müəllifi Aida İmanquliyevanın həyat və yaradıcılığı haqqında kitab yazmaq istəyir. Biz, həmçinin poeziya sahəsində bir sıra tədbirlər keçirməyi planlaşdırırıq.
- Təhsil sahəsində ölkələrin əməkdaşlığı barədə nə deyə bilərsiniz?
- Qeyd edim ki, Ayn-ül-Şəms Universitetində Azərbaycan dili və ədəbiyyatı fənni tədris edilir. Hər il universitetin Azərbaycan dilini öyrənən 100-ə yaxın tələbəsi məzun olur. Misirdə təxminən 150 azərbaycanlı tələbə təhsil alır. Bundan başqa, Bakı və Qahirə 2005-ci ildən tələbə mübadiləsi həyata keçirir. Hər il 20 tələbənin mübadiləsi aparılır. Sonuncu müqavilənin müddəti artıq bitib və biz əməkdaşlığı bərpa etmək niyyətindəyik. Şəxsən mən Azərbaycanda aspiranturada təhsil almışam. Bakı Dövlət Universitetində müasir Azərbaycan romanı üzərində tədqiqatlar aparmışam.
Bütövlükdə humanitar əlaqələr yüksək səviyyədədir. Misir nümayəndələri hər il Bakıda keçirilən beynəlxalq humanitar forumların daimi iştirakçılarıdır.
- KİV sahəsində əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?
- Bu, aktual məsələdir. Baş verən proseslər barədə daha obyektiv məlumat əldə etmək məqsədilə Azərbaycan və Misirin kütləvi informasiya vasitələri əməkdaşlıq qurmalıdır. İki ölkənin dövlət informasiya agentlikləri arasında bu cür mübadilə mövcuddur. Yaxın vaxtlarda Azərbaycanın “AzərTAc” dövlət agentliyi və Misirin təxminən 1 mln. tirajla nəşr olunan “Al Joumhouria” qəzeti arasında əməkdaşlığa dair sənəd imzalanacaq.
Digər tərəfdən, Azərbaycanın bir sıra informasiya resurslarında məlumatlar ərəb dilində də dərc olunur. Bu, ərəb dünyasına Azərbaycan haqqında düzgün informasiya çatdırmağa imkan verir.
Söhbət etdi Fərdin İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət