Suallara MDB Ölkələri İnstitututnun Qafqaz şöbəsinin müdiri Vladimir Yevseyev cavab verir
- Qarabağ münaqişəsi zonasında yenidən gərginlik yaranıb. Artıq müntəzəm hal almış atəşkəs rejiminin pozulması nəticəsində insanlar həlak olur. Lokal toqquşmaların genişmiqyaslı müharibəyə çevrilmək təhlükəsi varmı?
- Əlbəttə, qarşı tərəflər müharibə etmək istəmirlərsə, lakin müntəzəm olaraq silahlı münaqişəyə cəlb olunurlarsa, Qarabağ cəbhəsində istənilən toqquşmanın öz dinamikası ola bilər. Belə qarşıdurma ötən ilin avqust ayında da yaranmışdı, o zaman döyüş meydanında “Su-25” hücum təyyarələrindən, tank, zirehli döyüş maşınları və artilleriyadan istifadənin qarşısı çətinliklə alındı. İndi cəbhə xəttində yenidən gərginlik yaranıb, lakin döyüşlərin intensivliyi bir qədər azalıb. Hər iki tərəfin hərbçiləri yalnız yüngül atıcı silahlardan istifadə edirlər ki, bu da toqquşmaların lokallaşdırılmasına müəyyən dərəcədə zəmanət verir. Bu cür atışmalar indiki şəraitdə silahlı münaqişəyə çevrilə bilməz.
Bununla belə, güman edirəm ki, gələcəkdə Dağlıq Qarabağ zonasında genişmiqyaslı gərginlik mümkün ola bilər. Bundan qaçmaq olar, lakin bunun üçün təmas xəttindən nəinki snayperlər, həm də 100 mm-dən yuxarı çaplı ağır silahlar, ilk növbədə reaktiv yaylım atəşi sistemləri geri çəkilməlidir. Ancaq problem bundadır ki, yalnız belə silahlar geri çəkilməməlidir, bu, həmçinin beynəlxalq müşahidəçilər tərəfindən təsdiq olunmalıdır. Görünür, Ukrayna böhranına analoji olaraq bunu Minsk qrupunun fəaliyyəti çərçivəsində ATƏT-in müfəttişləri həyata keçirə bilərlər.
- Azərbaycan rəhbərliyi bu yaxınlarda yenidən Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən geri çəkilməsindən sonra bu ölkənin regional və digər layihələrə qoşulmasının mümkün olması barədə təklifi səsləndirib. Ermənistanın çətin iqtisadi vəziyyətini nəzərə alaraq bu təklifi qəbul etmək ehtimalı varmı?
- Hesab erdirəm ki, İrəvan daxili siyasi səbəblərə görə Dağlıq Qarabağ zonasında hərbi iştirakını hətta əhəmiyyətli dərəcədə azalda bilməz. Qarşılıqlı etimad olmadığına görə Bakı da belə hərəkət etməz. Qeyd edildiyi kimi, bu istiqamətdə ilk addım olaraq ağır silahlar cəbhə xəttindən geri çəkilməlidir. Yalnız bundan sonra şəxsi heyətin sayının xeyli azaldılmasının mümkünlüyündən söhbət gedə bilər. Üstəlik, bu, paritet şərtlər altında həyata keçirilməlidir.
Ermənistanın iqtisadi gələcəyinə dair alarmist mövqe tutmaq lazım deyil. İqtisadi vəziyyət kifayət qədər ağırdır və bu, yerli əhalini qazanc dalınca Rusiya və digər dövlətlərə axın etməyə məcbur edir. Lakin bu ölkənin inkişaf etməsi üçün potensial var, bu halda onun həm Avrasiya İqtisadi İttifaqında üzvlüyü, həm də Avropa İttifaqında faktiki imtiyazlı tərəfdaşlığı xüsusilə nəzərə alınmalıdır. ABŞ və Fransada yaşayan çoxsaylı erməni diasporları da ölkəyə böyük yardım göstərir.
Gələcəkdə Moskva və İrəvanın Gürcüstan ərazisində nəqliyyat dəhlizini nə dərəcədə genişləndirməsindən çox şey asılıdır. Məsələn, əgər Abxaziyadan keçən dəmir yollarının Rusiya ilə birləşdirilməsi barədə razılıq əldə edilsə, bu, Ermənistanın iqtisadi inkişafına əhəmiyyətli təkan verə bilər. Enerji ehtiyatlarının idxalı məsələsində ölkənin ciddi problemləri olmayacaq. Çünki ölkə Rusiya tərəfindən təbii qaz və nüvə yanacağı ilə tamamilə təmin edilir. Gələcəkdə Ermənistan ərazisində yeni Atom Elektrik Stansiyasının tikilməsi planlaşdırılır ki, bu da artıq qalan elektrik enerjisini İrana ixrac etməyə imkan verəcək.
- Avropa İttifaqı Ukraynada baş verən hadisələrdən sonra Cənubi Qafqazda və Qarabağ münaqişəsinin nizamlanmasında fəallaşmaq niyyətini gizlətmir. Necə düşünürsünüz, Rusiya, Türkiyə və İran kimi regional dövlətlərin ənənəvi maraqları nəzərə alınmaqla Aİ-nin fəallaşması nə dərəcədə faydalı ola bilər?
-Həqiqətən, Aİ Rusiya təbii qazından asılılığını azaltmaq məqsədi də daxil olmaqla bir çox səbəblərdən Cənubi Qafqazda fəaliyyətini aktivləşdirməyə çalışır. Lakin Azərbaycandan belə tədarüklərin həcmi böyük deyil. Azərbaycan ərazisindən türkmən qazının nəqlinin təşkili məsələsi isə Xəzərin hüquqi statusunun müəyyən edilməməsi və Çin tərəfindən bu xammalın böyük miqdarda alınması səbəbindın kifayət qədər problemli məsələdir.
“Türk axını” layihəsinin reallaşdırılacağı halda enerji mərkəzi yaranacaq ki, bu da Aİ-nin mövqeyinin Cənubi Qafqazda möhkəmləndirməyəcək, əksinə Avropanı Türkiyədən daha da asılı vəziyyətə salacaq. Nəticədə Avropanın enerji təhlükəsizliyi pisləşəcək. Əgər Avropa Komissiyası “Cənub axını” layihəsini dəstəkləsəydi, bu baş verməzdi. Bununla belə, unutmaq olmaz ki, Rusiya 2018-ci ildə Ukrayna ilə qaz tranziti haqqında müqavilənin müddətini uzatmağa hazırlaşmır.
ATƏT-in Minsk qrupunun fəaliyyəti davam etdiyi müddətdə Qarabağ münaqişəsinin nizamlanması məsələsində Avropanın rolu böyük deyil (burada yalnız Fransa Aİ-nin üzvdür). Lakin Madrid prinsipləri hətta dəyişdirilmiş şəkildə belə işləmir. Buna görə də “Hərtərəfli sülh sazişi”nin hazırlanmasında Minsk qrupunun üzvlərinin rolu artır. ABŞ-ın Fransa istisna olmaqla Avropa dövlətlərinə bu prosesdə iştirak etmək üçün nə dərəcədə icazə verəcəyi başqa məsələdir.
Vəziyyətə ümumilikdə nəzərə saldıqda qeyd etmək lazımdır ki, Aİ hələ ki, xüsusilə təhlükəsizlik sahəsində müstəqil oyunçu deyil. Rusiya, Türkiyə və İran regionda yeni blokdankənar təhlükəsizlik sisteminin yaradılması barədə razılığa gələ bilsələr, bu məsələdə daha çox uğur qazana bilərlər.
-Necə düşünürsünüz, Rusiyanın Qarabağ kartından istifadə edərək Azərbaycanı tovlamaq, yəni münaqişənin həlledilməsi planında Bakıya bəzi dividendlər vəd etməsi barədə mülahizələr nə qədər əsaslıdır?
- Rusiya real olaraq Azərbaycanda sabitliyin qorunmasında maraqlıdır. Bunun üçün ciddi səbəblər var. Birincisi, ən böyük Azərbaycan diasporu Rusiyadadır. İkincisi, dövlətlərimiz ümumi sərhədə malikdir, sərhədlərin hər iki tayında eyni xalqlar yaşayır. Üçüncüsü, RF və Azərbaycan arasında tarixi, mədəni, iqtisadi və digər əlaqələr mövcuddur. Və bu, İrəvanın ciddi narazılığına baxmayaraq, Rusiyanın Bakıya həm də hücum silahları tədarük etməsinə xidmət edən səbəblərdəndir.
Və Rusiya silahlı münaqişə tərəflərinin hər hansı birinin xeyrinə Qarabağ kartını oynamaq fikrində deyil. Rusiya üçün münaqişənin sülh yolu ilə həlli vacibdir. Belə yanaşma məchul sonluqla nəticələnəcək münaqişəyə cəlb olunmaqdan qorxan Türkiyə üçün də məqbuldur. Bir başqa məsələ isə ABŞ-dır: Onlar Dağlıq Qarabağ problemindən öz milli maraqlarını gerçəkləşdirmək üçün istifadə etməyə cəhd edirlər. Bununla belə, regionda yerləşən dövlətlərdə vəziyyətin sabitliyi amerikalılar üçün prioritet təşkil etmir.
Söhbət etdi F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət