Neft qiymətlərinin azalması ilə əlaqədar dünya bazarlarında gedən proseslər Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) fəaliyyəti ətrafındakı diskussiyaların aktivləşməsinə səbəb olub. ARDNF-in icraçı direktoru Şahmar Mövsümov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində cari vəziyyət və proqnozlar barədə danışıb.
-2015-ci ildə neftin qiymətlərinin hansı səviyyəyə qədər azalması ARDNF-in gəlirlərinə təsir göstərəcək? Neftin qiymətləri bir barel üçün $50, $60, $70 və $80 təşkil etdiyi halda fondun itkiləri qiymətləndirilibmi?
Təbii ki, dünya bazarlarında neft qiymətlərinin azalması fondun gəlirlərinə yaxşı təsir göstərməyəcək. Buna baxmayaraq, ARDNF-də toplanan vəsaitlər aktivlərin satışına zərurət olmadan bir neçə milyard dollar vəsait ayırmağa imkan verəcək.
Dünya bazarlarında neftin qiymətlərindən asılı olaraq (müxtəlif ssenarilərə uyğun olaraq), eləcə də fondun xərclərinin 2015-ci ilin büdcəsində təsdiq edilmiş səviyyədə saxlandığı halda ARDNF-in büdcə kəsiri cari ildə $2-3 mlrd. səviyyəsində proqnozlaşdırılır.
- Cari ilin fevral ayında manatın devalvasiyasının aparılması 2015-ci ildə ARDNF-in büdcə balansının təmin edilməsinə necə təsir göstərəcək?
- ARDNF-in neft və qaz satışından gəlirlərinin dollarla daxil olması ilə əlaqədar olaraq iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş manatın devalvasiya prosesi, iqtisadi artımın yeni modelinə keçid və resurslardan asılılığın azaldılması ARDNF-in faktiki daxilolmalarına təsir göstərməyəcək.
Digər tərəfdən manatın devalvasiyası dollar ekvivalentində fondun bdcə gəlirlərinin azalmasında öz əksini tapacaq. Beləliklə, fondun xərcləri üzrə proqnozlar manatın devalvasiyasına qədər verilmiş proqnozlardan təxminən 25% aşağı olacaq.
- ARDNF təxminən $1 mlrd. məbləğində Çin yuanı almağı planlaşdırırdı. Bu planlar qalmaqdadırmı və fond nə zaman belə əməliyyatlara başlayacaq? Digər valyutalarla analoji əməliyyatların həyata keçirilməsiu planlaşdırılırmı?
Hazırda ARDNF-in aktivlərinin bir hissəsinin Çin yuanı ilə qoyulması istiqamətində işlər davam etdirilir.
Məlum olduğu kimi, Çin tənzimləyiciləri xarici investorlarla bağlı müəyyən məhdudiyyətlər tətbiq edirlər və yalnız müvafiq dövlət orqanlarından razılıq ( lisenziya) almış investorlar bu ölkənin maliyyə bazarında fəaliyyət göstərmək hüququ əldə edirlər.
Bu lisenziyalardan biri “Müvəkkil əcnəbi institutsional investorlar” adlanan lisenziyadır və Çin Xalq Respublikası Qiymətli Kağızların Tənzimlənməsi Komitəsi (QKTK) tərəfindən verilir. Çin qanunvericiliyinə əsasən, ARDNF-in bu lisenziyanı alması üçün iki dövlətin müvafiq qurumları arasında, xüsusən Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) və Çin QKTK arasında Anlaşma Memorandumu imzalansın. Hazırda QKDK belə bir memorandumun imzalanması məqsədi ilə işləri davam etdirir.
Qeyd etmək lazımdır ki, bizim tərəfimizdən bu sahədə işlərə başlanılıb və artıq Çin Milli Təhlükəsizlik Komitəsindən 3 mlrd. yuan (təxminən $500 mln.) məbləğində investisiya qoyulmasına icazə verilib. Hazırda bu strukturla müqavilənin imzalanması istiqamətində iş aparılır. Müqavilə imzalandıqdan sonra Çin yuanına investisiya qoymaq mümkün olacaq.
-ARDNF Rusiyada yeni layihələrə investisiya qoymağı nəzərdən keçirirmi? Fondun RF-dəki əməliyyatlara, o cümlədən daşınmaz əmlakın və VTB qrupun səhmlərinin alınmasına investisiya qoyuluşları nə dərəcədə səmərəli oldu ?
Fond istər Rusiya, istərsə də digər ölkələr olsun, sərfəli sərmayə yatırımları üçün imkanları hər zaman qiymətləndirir.
Artq məlum olduğu kimi, hazırda ARDNF-in Rusiyadakı investisiya portfeli daşınmaz əmlaka və “VTB Bank”ın səhmlərinə qoyulan vəsaitlərdən ibarətdir. 2015-ci il yanvarın 1-nə bu portfel cari məzənnə ilə $568,2 mln. səviyyəsində qiymətləndirilir və fondun ümumi investisiya portfelinin 1,5%-ni təşkil edir.
Ümumilikdə inkişaf edən iqtisadiyyatların (Rusiya da daxil olmaqla) artım tempinin azalması, regionda geosiyasi risklərlə əlaqədar rus rublunun və inkişaf etməkdə olan digər ölkələrin valyutalarının devalvasiyası fondun rublla ifadə olunan aktivlərinin gəlirliliyinə mənfi təsir göstərib.
Biz investisiyalarımızı rublla saxlamaq niyyətində deyilik, çünki onlar uzunmüddətli xarakter daşıyır. VTB Bank öz növbəsində aktivlərinin həcminə görə Rusiyanın ikinci bankı hesab edilir, bu banka bizimlə yanaşı Norveç Fondu və Qətər Suveren Fondu tərəfindən investisiya qoyulur.
Buna baxmayarq, biz rubla investisiyalarımızı saxlamaq niyyətindəyik, çünki onlar uzunmüddətli xarakter daşıyır. “VTB Bank” isə aktivlərinin həcminə görə Rusiyanın ikinci bankıdır, bu banka bizimlə yanaşı, Norveç Fondu və Qətər Suveren Fondu kimi iri maliyyə təsisatları tərəfindən investisiya qoyulur.
2015-ci ilin sonuna fondun aktivləri üzrə proqnozlar necədir? 2015-ci ildə ARDNF-in aktivlərinin idarə edilməsindən nə qədər gəlir əldə etməyi nəzərdə tutursunuz?
- Dünyada faiz dərəcələrinin aşağı olması şəraitində konservativ investisiya siyasəti nəzərə alınmaqla 2015-ci ildə ARDNF-in investisiya fəaliyyətindən gəlirlilik 1,5-2% diapazonunda proqnozlaşdırılır.
Cari ilin sonuna fondun aktivləri üzrə proqnozlara gəlincə, deyə bilərəm ki, bazarda qeyri-sabitlik və neftin aşağı qiymətləri nəzərə alınmaqla biz vəziyyəti aydın görürük. Fond istənilən ssenaridə xərclərin azaldılması mexanizmi hesabına itkilərini minimuma endirmək qabiliyyətinə malik olacaq.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət