ABŞ hökuməti Tehranın nüvə proqramı ilə əlaqədar İrana qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirləri tədricən aradan götürəcək. Bu barədə cümə axşamı ABŞ Dövlət Departamentinin nümayəndəsi Ceff Ratke bəyan edib.
“Sanksiyalarin ləğv edilməsi bir neçə mərhələdə birgə kompleks Tədbirlər Planı çərçivəsində İranın müəyyən öhdəlikləri reallaşdırması faktının təsdiq olunduğu halda həyata keçiriləcək”, - deyə o, jurnalistlərə bildirib.
C.Ratkenin sözlərinə görə, Tehranın üzərindən sanksiyaların tədricən götürülməsi mexanizmi İsveçrənin Lozanna şəhərində əldə edilmiş razılıqlara əsaslanır.
Daha əvvəl isə İran prezidenti Həsən Ruhani vurğulayıb ki, “bütün sanksiyalar ləğv edilməzsə, Tehran saziş imzalamayacaq”.
İran və beynəlxalq vasitəçilərin “altılığı” (BMT TŞ-nin beş daimi üzvü və Almaniya) iyun ayının sonuna kimi İranın nüvə dosyesinə dair irimiqyaslı saziş üzərində işi başa çatdırmaq niyyətindədir. Sanksiyaların ləğv edilməsi mexanizminə dair məsələ bu problem üzrə danışıqlarda ən mürəkkəb məsələlərdən biridir.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət