SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) Tatarıstan şirkətlərini Azərbaycanda reallaşdırılan layihələrdə iştirak etməyə dəvət edir. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Bazar ertəsi SOCAR-ın prezidenti Rövnəq Abdullayev Tatarıstan Respublikası baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripov ilə Bakıda ARDNŞ və Tatarıstan şirkətləri arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.
2013-cü ildə R.Zaripovun Bakıya son səfərini xatırladan R.Abdullayev həmin görüşdən sonra SOCAR ilə Tatarıstanın neft sektoruna daxil olan iri müəssisə və şirkətlər arasında əməkdaşlığın daha da genşləşdiyini qeyd edib.
ARDNŞ-nin prezidenti Tatarıstanın nümayəndə heyətinə Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi, Sumqayıt Kimya Texnoparkı, “Polimer” zavodunun inşa edilməsi və digər iritutumlu layihələr barədə məlumat verib. O, Azərbaycanda əlverişli investisya mühitinin yaradıldığını vurğulayıb və Tatarıstan şirkətləri ilə səmərəli əməkdaşlıq üçün hər cür şəraitin olduğunu bildirib.
Öz növbəsində R.Zaripov qeyd edib ki, Tatarıstan SOCAR-ın müxtəlif idarə və müəssisələri ilə əməkdaşlıq əlaqələrinin bərpa edilməsində və genişləndirilməsində maraqlıdır.
Görüş zamanı Tatarıstanın neft hasilatı, emal və neft-kimya sənayesinin bugünkü vəziyyəti, eləcə də SOCAR-la mümkün əməkdaşlıq perspektivləri haqqında təqdimatlar keçirilib.
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət