Bakılılar heç şübhəsiz ki, ölkənin hüdudlarından kənarda yaşayan məşhur həmyerlilərimizlə fəxr edir və hər zaman onları doğma şəhərimizdə xüsusi mehribanlıqla qarşılayırlar. Bu dəfə də belə oldu. Rusiyanın xalq artisti, teatr və kinoda bir çox rolları ifa etmiş Emmanuil Vitorqanın iştirakı ilə aprelin 21-nə nəzərdə tutulmuş tamaşanın biletləri artıq satılıb. Artist öz yubiley turunu Azərbaycanın paytaxtından başlamağa qərar verib. E.Vitoqran səhnədəki tərəf müqabili müğənni A.Aqurbaş ilə çox maraqlı tamaşa təqdim edəcək. “Kral Tref - sevgi xəritəsi” adlanan bu tamaşa artıq Moskva tamaşaçılarının sevgisini qazanıb.
“Kral Tref - sevgi xəritəsi” qeyri-adi teatr işidir, bütün janr və üslubların bir-birinə qarışdığı yeni quruluş formasıdır. “İnterfaks-Azərbaycan” agentliyinin müsahibi Emmanuil Qedeonoviç dəyərli vaxtını bizə ayıraraq Bakıda təqdim olunacaq tamaşa ərəfəsində suallarımıza cavab verdi.
Siz Bakıda doğulmusunuz. Bura səfər etməzdən öncə həyəcan keçirirsinizmi? Bakıda axırıncı dəfə nə zaman olmusunuz?
-Baxmayaraq ki, mən Bakıda çox qısa uşaqlıq dövrü keçirmişəm, burada yenidən olmaq mənim üçün həyəcanvericidir. Bu şəhər bizim həyat adlandırdığımız hər şeyi bizə verib. Mənim Odessada çoxlu sayda qohumlarım var, mən ora gedərkən onların hamısına baş çəkməyə vaxt tapmıram. Onların arasından Odessanı yalnız mənim valideynlərim tərk edib. Mənim atam Unüyütmə İnstitutunu bitirib və onu Bakıya göndəriblər və mən burada anadan olmuşam. Bakıda doğulmağım sayəsində mən bu havanı udan, bu küçələrdə yeriyən, bu binalara baxan insanların həmyerlisi olmuşam. Mən Bakıda sonuncu dəfə olanda bir neçə il ərzində burada baş vermiş dəyişikliklərə heyran qaldım. Ümumiyyətlə Bakı həmişə, hətta ən ağır zamanlarda belə öz gözəlliyi ilə seçilib. Bu şəhərdə yaşayan gözəl insanları xüsusilə qeyd etmək istəyirəm. Bakıda təxminən iki il əvvəl olmuşam. Beynəlxalq simpoziuma gəlmişdim.Onda burada çoxlu gözəl və istedadlı insanlar gördüm. Memarlıq məni çox təəcübləndirmişdi, Bakı olduqca gözəl şəhərdir.
Zəhmət olmasa, Bakı Dövlət Rus Dram Teatrının səhnəsində oynayacağınız tamaşa barədə danışardıınız.
-Tamaşa “Kral Tref-sevgi xəritəsi” adlanır, bu tamaşa formasına görə çox qeyri-adidir. Azərbaycanda necədir bilmirəm, Rusiyada belə səhnə quruluşuna malik tamaşa bu günə qədər olmamışdı. Burada həm səhnə, həm ekran, həm ekrana yönələn dialoq var. Bu tamaşada mənim keçmiş arvadım rolunu müğənni Ancelika Aqurbaş ifa edir. Qəhrəmanların həyat tarixçəsi bu ailəyə bənzər olan digər ailələr kimidir. Bu, məhəbbət tarixçəsidir, bu həyatda axtarışlarımızın, bir-birinə qarşı təmkin göstərmənin, normal insanlar kimi ayrıla bilmənin, ayrılsalar belə bir birləri ilə normal münasibəti qoruyub saxlayan insanların tarixçəsidir. Bu, çox maraqlı quruluş formasıdır, bunu mənim həyat yoldaşım fikirləşib. Əvvəlcə təkcə mənim üçün mono-tamaşa qoyulması planlaşdırılmışdı, lakin sonra qərar verildi ki, mənim artıq bir mono-tamaşam olduğu üçün nəsə başqa bir şey fikirləşmək lazımdır. Və beləcə bugünkü tamaşa ərsəyə gəldi. Siz özünüz bunu səhnədə görəcəksiniz. Mənim 20 il çalışdığım doğma Mayakovski teatrında bu tamaşamı göstərmək imkanı verdilər və tamaşa üç dəfə anşlaqla təqdim edildi. Hər haldı bu tamaşa barədə gözəl rəylər söylənilir və mən tamnamilə əminəm ki, bakılı tamaşaçılar həm mövzu, həm də məzmuna biganə qalmayacaqlar.
Mən səhnədəki oyunuma qiymət vermirəm, mənim aktyor oyunum tamaşaçılar tərəfindən qiymətləndirilməlidir, lakin tamaşanın forması tamaaçılar üçün maraqlı olacaq. Ümid edirəm ... Mən hətta əminəm ki Bakıda bu tamaşa barədə rəylər eynilə Moskvadakı rəylər kimi olacaq, axı bizim isti münasibətlərimiz qarşılıqlıdır.
Mənə Bakı teatrından zəng vurub artıq anşlaq barədə müjdə veriblər, deyirlər, biletlər qurtarıb, hər kəs tamaşaya bilet axtarır. Bu, çox xoşdur, hər kəsə təşəkkür edirəm. Mənimlə görüşmək istəyən həmyerlilərimə minnətdaram. Bu gecəni birlikdə keçirəcəyimiz üçün çox şadam.
Bakıda təqdim edəcəyiniz tamaşa yubiley turu çərçivəsində göstəriləcək. Başqa hansı şəhərlərə qastrollarınız olacaq?
- Tamaşa Latviya, Estoniya, Belarusda göstəriləcək. Ümumiyyətlə tamaşa bir çox şəhərlərdə nümayiş etdirilib. Və əsərə çox güclü tamaşaçı reaksiyası olub ki, bu da məni son dərəcə şad edir. Əsas odur ki, onu hər yerdə göstərə bilək.
Bu dəfə səhnədə tərəf müqabiliniz Anjelika Aqurbaş olacaq. Bu, onun teatr səhnəsində debütüdür. Bu aktyorluq tərəfdaşlığı necə yarandı?
- Bütün bunları mənim həyat yoldaşım İrina düşündü. Biz hətta bütün bunların bu qədər uğurla nəticələnəcəyini güman etmirdik. Biz Anjelika ilə çoxdan tanışıq. O, əvvəlcə mahnıları ifa etmək üçün dəvət olunmuşdu. Sonra analdıq ki, bu tamaşa üçün məhz o lazımdır. Onun musiqi ilə dialoqunun uyumu gözəl alınırdı. Biz onun bu işə bu qədər peşəkarlıqla yanaşacağını gözləmirdik. O, çox emosional insandır, burada göz yaşları və yerdə qalan hər şey vardı, hər şey gözəl alındı və nəticədə səhnədə baş verənlərdən böyük zövq alıram.
Siz kinoda və teatrda yüzlərlə rol ifa etmisiniz. Bu gün aktyorluq sənətinizdəki zəngin təcrübənizə nəzər salaraq, aktyorun əsas tərbiyələndirici və əxlaqi missiyasını yerinə yetirdiyinizi söyləyə bilərsinizmi?
- Mən belə düşünməyi çox istəyərdim. Həyatım, ümumiyyətlə müxtəlif təəssüratlarla doludur. Tez-tez olur ki, tamaşadan sonra insanlar mənə yaxınlaşır və deyirlər ki, uzun illərdir valideynləri ilə ünsiyyətdə olmayıblar, bu gün isə onlara zəng vuracaq və ünsiyyəti bərpa edəcəklər. Bu, çox böyük məmnuniyyət duyğusudur və asan başa gəlmir. Münaqişələr yoxdursa, insanlar mehriban yaşayırlarsa, bu, çox gözəldir. Əgər münaqişə varsa və əlbəttə ki, bunsuz olmur, elə etmək lazımdır ki, hər şey tezliklə öz həllini tapsın. Buna can atmaq lazımdır. Axı biz istədiyimiz qədər uzun ömür yaşamırıq. Buna görə də həyatı ürəkbulandıran şeylərə sərf etməyə dəyməz.
- Mənfi rolların ifası sizə həyatda nə verdi?
Mən ekranda və səhnədə o qədər çox sayda həyat canlandırmışam ki, şəxsən mənim üçün artıq münaqişəli vəziyyət yoxdur. Hətta münaqişələr yaransa belə, mən finalın necə olacağını bilirəm. Başqa insanların həyatında olmaq mənə heç kəsdən heç nə tələb etmədən öz həyatımı yaşamağa imkan verir. Həyatda hər şeyi bağışlamaq olar. Bir insanın başqasının həyatını əlindən almasını isə heç vaxt. Buna görə də mən müsbət rollardan imtina etsəm də, insanların ekrana baxarkən bizim başqasına görə yaşadığımızı anlaması üçün mənfi rollardan imtina etməmişəm. İnsanlar başa düşürlər ki, bizim mənfi emosiyalarımız heç kimə xoşbəxtlik və xeyir gətirmir.
Teatr və kinoda iş sizin üçün nə deməkdir? Özünüzü hansında daha rahat hiss edirsiniz?
Əlbəttə, teatrda. Yalnız teatrda sən tamaşaçı ilə canlı ünsiyyətdə olursan, birbaşa münasibət qurursan. Bu, çox gözəl duyğudur. Filmdə nəsə yaxşı alınmasa, çoxlu dubllarla çəkilə bilər, tamaşada belə deyil. Teatr səhnəsində etdiyini artıq dəyişmək mümkün deyil. Teatr sənə daha sadiqdir, bu, aktyorun damarlarından axan qan deməkdir.
Teatr və kinodakı yenilikləri izləyirsinizmi? Keyfiyyətli hesab etdiyiniz hansı işin adını çəkə bilərsiniz?
- İşlərimin çoxluğu səbəbi ilə - əlbəttə, bu, çox yaxşıdır, mən bu gün aktyor mühitində baş verənləri diqqətlə izləyə bilmirəm. Mən hətta öz yaxınlarımla da ünsiyyətdə olmaq üçün bəzən vaxt tapa bilmirəm. Ailəmlə istədiyim qədər tez-tez görüşə bilmirəm. Mən çox məşğul oluram və bu, aktyor üçün çox yaxşı haldır. Sözsüz ki, teatrda həmkarlarımın işlərini imkan olduqca izləyirəm, premyeralara gedirəm, lakin bu gün səhnədə və kinoda baş verənlər məndə heyranlıq və böyük maraq doğurmur. Mən mütləq kulislərdə olur, həmkarlarımı təbrik edirəm, çünki bu, böyük zəhmətdir, lakin əvvəllər dramaturgiya, teatr və kinonun məndə oyatdığı hisslər artıq yoxdur. Mən böyük təəssüflə qeyd edirəm ki, bu gün forma məzmunu üstələyir. Bu, mənim üçün qəbuledilməzdir və xoşuma gəlmir.
Tamaşadan öncə bakılı tamaşaçılarınıza nə demək istərdiniz?
- Mənim əziz həmyerlilərim, mənim əziz bakılılarım! Mən çox ümid edirəm ki, sizin həyatınız hər gün, hər həftə, hər ay, hər il daha da yaxşı olacaq, biz sizinlə tez-tez olmasa belə, görüşəcəyik, bir-birimiz haqqında xatirələr uzun illər yaşayacaq. Mən dünyaya gəldiyim şəhərə dəfələrlə təşəkkür etməyə hazıram. Mənim üçün Bakı haqqında xatirələr, Bakıda yaşayan insanlar haqqında xatirələr deməkdir. Mən hamıya xeyir arzulayıram, başqa variant yoxdur və biz bunu anlamalıyıq. Dəvət üçün təşəkkür edirəm! Ümid edirəm ki, biz Bakıda öz tamaşamızı layiqincə təqdim edəcəyik. A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət