Sualları hüquq üzrə fəlsəfə doktoru, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Mehdi Abdullayev cavablandırır
Dağlıq Qarabağın separatçı rejimi mayın 3-də “parlament seçkiləri” keçirməyə hazırlaşır. Azərbaycan Xarici İşlər Nazirliyi, habelə bir sıra ölklərin rəsmi şəxsləri artıq bu “seçkilərin” qanunsuz olması və tanınmaması barədə bəyan ediblər. Bununla əlaqədar “keçiriləcək seçkilərin Dağlıq Qarabağın müstəqil respublika kimi legitimləşməsinə şərait yaradacağı” ilə bağlı separatçıların ümidlərini necə şərh edərdiniz?
Dağlıq Qarabağda qondarma “seçkilər” heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmır. Bu ölkə və təşkilatların rəsmilərinin bu məsələ ilə bağlı müvafiq bəyanatları var. Xüsusilə İranın Xarici İşlər Nazirliyinin bu yaxınlarda verdiyi bəyanatda qeyd edilir ki, bu “seçkilərin” keçirilməsi regionda yalnız gərginliyin artmasına xidmət edir. Bu cür bəyanatların sayı çoxdur.
“Bu “seçkilər” separatçı rejimin heç bir halda qanuniləşməsi ilə nəticələnməyəcək. Onlar işğal olunmuş ərazilərdə və Dağlıq Qarabağın bütün əhalisinin iştirakı olmadan keçirilir. “Seçkilərdə” yalnız Azərbaycan torpaqlarını işğal edən və burada dövlət yaratdıqlarını güman edən məhdud kateqoriyalı şəxslər iştirak edirlər. İstənilən halda beynəlxalq hüquqa əsaslanmayan və işğal olunmuş ərazilərdə keçirilən seçkilər qanuni hesab oluna bilməz.
- Qarabağ separatçıları bəyan edirlər ki, bu “seçkiləri” əvvəlki kimi, çoxlu sayda xarici müşahidəçilər izləyəcəklər. Separatçıların fikrincə, bu, hətta “Dağlıq Qarabağ Respublikası”nın beynəlxalq səviyyədə tanınmasından xəbər verir. Rəsmi Bakı əcnəbilərin işğal olunmuş torpaqlara hər bir bu cür razılaşdırılmamış səfərlərinə kəskin reaksiya verməlidirmi? Baxmayaraq ki, onlar öz ölkələrinin rəsmi şəxsləri deyil.
- Nəyi istəsəniz izləmək olar, lakin müşahidə və tanıma fərqli anlayışlardır. Rəsmi Bakının reaksiyası isə bu hərəkətlərə uyğundur. Separatçılar xaricdəki diaspor tərəfindən dəstəklənirlər və biz ikili standartların təzahür etməsinə alışmamışıq. Hesab edirəm ki, Bakı bu cür hərəkətlərə vaxtında reaksiya verir. Bu reaksiyanı adekvat hesab edirəm.
- Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycan əleyhinə fəaliyyət həyata keçirməsi və işğal altında olan ərazilərə dəfələrlə qanunsuz səfərlər etməsinə görə Slovakiya Milli Şurasının eks-spikeri Frantişek Mikloşko barəsində cinayət işi qaldırılıb. Siz bu addımı necə qiymətləndirirsiniz?
- Göründüyü kimi, qınaq dolu bəyanatlar Mikloşko kimi şəxslərə dərs olmur. Xoşagəlməz vəziyyətin qarşısını almaq üçün dövlətimiz, görünür, daha bir addım irəliləyib.
Düşünürəm ki, Azərbaycan tərəfinin cinayət işi qaldırmaq üçün tutarlı dəlilləri var. Bunun üçün əsaslara gəlincə, onun Azərbaycana qarşı fəaliyyətini xüsusi olaraq qeyd edərdim. Bu cür fəaliyyətin və onun istənilən təzahürünün qarşısı qanunla alınmalı və cəzalandırılmalıdır.
- Dağlıq Qarabağın nə vaxtsa Ermənistan da daxil olmaqla, hansısa xarici dövlət tərəfindən tanınması ehtimalı nə dərəcədə böyükdür?
- Əgər Ermənistan bunu etməyi ciddi şəkildə istəyirdisə, o zaman çoxdan bu addımı atmışdı. Burada söhbət Ermənistan tərəfindən qonşu dövlətin, yəni Azərbaycanın ərazisinin bir hissəsinin ilhaqından gedir.
ATƏT-in Minsk Qrupunun həmsədrləri olan dünya dövlətləri münaqişənin beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə nizamlanmasına tərəfdar olduqlarını bildirirlər. Buna görə də bütün beynəlxalq sənədlərə əsasən Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Dağlıq Qarabağın müstəqilliyini heç zaman tanımayacaqlar. Beləliklə, separatçıların ümidləri elə ümid olaraq qalacaq.
- Ermənistan parlamentində müəyyən qruplar tərəfindən Dağlıq Qarabağın tanınmasına dair vaxtaşırı irəıli sürülən məsələ hakim partiya tərəfindən “məqsədəuyğun olmayan” və “vaxtsız” məsələ kimi təxirə salınır. Əslində, erməni tərəfinin bəzi nümayəndələrinin etiraflarına əsasən, bu ehtiyatlanma ondan irəli gəlir ki, Dağlıq Qarabağın tanınması qərarı Azərbaycanı problemin hərbi yolla həllinə vadar edəcək. Siz bununla razısınızmı?
- İlk öncə, işğal olunmuş torpaqların hərbi yolla qaytarılmasına dair qərar Ali Baş Komandanın səlahiyyətindədir. O, beynəlxalq normalara uyğun olaraq bu cür qərar qəbul etmək hüququna malikdir. Bununla yanaşı, o, hələlik güzəştə gedərək bəyan edir ki, sülh yolu ilə nizamlanma imkanları hələ də qalır. Lakin danışıqlar potensialı tükəndiyi halda hərbi əməliyyatların başlanması qaçılmazdır. Bunun Dağlıq Qarabağın tanınıb-tanınmayacağı ilə heç bir əlaqəsi yoxdur. Bu məntiqlə belə çıxır ki, əgər Dağlıq Qarabağ tanınmasa, hərbi əməlyyat da istisna edilir. Bu, belə deyil.
Söhbət etdi Fuad Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət