Ermənilər qondarma “erməni soyqırımı”nın bütün dünya tərəfindən tanınmasına can atırlar, baxmayaraq ki, onların dəlilləri tamamilə əsassızdır. Belə bəyanatla Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov çıxış edib.
“Ermənistan əzəldən soyqırımı məsələsini siyasiləşdirib. Ermənilər üçün 1915-ci ildə baş vermiş hadisələrin soyqırımı kimi tanınmasına nail olmaq demək olar ki, milli idman növünə çevrilib. İldən-ilə onlar hansı dövlət rəhbərinin bu hadisələri soyqırımı kimi tanıyacağının,hansılarının isə tanımayacağının hesabını aparırlar. Məsələ bundadır ki, iki həqiqət olmur, dünya alimləri yaxşı bilirlər ki, həmin dövrdə Türkiyədə baş verənlər soyqırımı olmayıb”, - deyə F.Axundov çərşənbə axşamı Bakıda Dünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş “Müəllif və riyakarlıq, kitab və yalan (erməni tarixi saxtakarlıqları silsiləsindən)” mövzusunda konfransda çıxışı zamanı bildirib.
Sektor müdirinin sözlərinə görə, “əgər hər hansı bir siyasətçi tarixi reallıqlardan uzaq bəyanatlarla çıxış edirsə, buna əhəmiyyət vermək lazım deyil”.
“Heç bir siyasətçi elmi faktlara təsir göstərə bilməz. Əgər siyasətçi elmə əsaslanmayan bəyanat verirsə, bununla özünü biabır edir. Buna görə də biz, türk dövlətləri və xalqları birləşərək əsl həqiqətəri dünya birliyinə çatdırmaq üçün elmə əsaslanan kitablar dərc etdirməli, filmlər çəkməli, elmi araşdırmalar aparmalıyıq”, - deyə o bildirib.
F.Axundov qeyd edib ki, “erməni ideologiyası uşaq nağıllarından başlayaraq saxta kitablar üzərində qurulur”. “ Təəssüf ki, ermənilər bu işdə çox irəli gediblər. Məsələn, onlar iddia edirlər ki, Araz çayının şimalındakı ərazidəheç bir zaman Azərbaycan dövləti olmayıb. Ona görə ermənilər bizi türk adlandırır və Qafqaza gəlmə xalq olduğumuzu bəyan edirlər. Lakin indi yeni texnologiyalar bizə bu cür erməni istorioqrafiyasına layiqli cavab verməyə imkan yaradır. Artıq böyük nailiyyətlər var. Bizim müstəqilliyimizin əsas nailiyyətlərindən biri odur ki, biz artıq özümüzün istorioqrafiyamız, virtual məkanda yeni cəbhənin yaradılması barədə danışa bilirik”,- deyə o qeyd edib.
“Sovet dövründə Azərbaycan istorioqrafiyası Moskvadan idarə olunurdu və bizim başabəla qonşularımız sovet istorioqrafiyası üzərində böyük təsirə malik idilər və onu özlərinə lazım olan istiqamətə yönəldirdilər. Artıq Azərbaycan və Rusiya istoqrafiyası əsl müstəqillik əldə edib, bununla da alimlərə işləmək, körpülər yaratmaq və əməkdaşlıq etmək daha asan olub”, - deyə F.Axundov qeyd edib.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət