Əgər kimisə soyqırımı törətməkdə ittiham etmək lazımdırsa, onlar yalnız ermənilərdir. Bu barədə hakim Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının baş katibinin müavini Mübariz Qurbanlı YAP-ın təşkilatçılığı ilə “Uydurma “1915-ci il erməni soyqırımı”ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” mövzusunda konfransda bəyan edib.
“Bu gün dünya erməniləri bəyan edirlər ki, guya 100 il əvvəl ermənilərə qarşı “soyqırımı” törədilib. Həqiqət isə ondan ibarətdir ki, əsl soyqırımı məhz Azərbaycan və Türkiyə xalqlarına qarşı ermənilər tərəfindən törədilib”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Ankara dəfələrlə Osmanlı Türkiyəsində Birinci Dünya müharibəsi illərində baş verən hadisələrin rəsmi sənədlərinin erməni tarixçiləri ilə birgə öyrənilməsi məqsədilə arxivləri açmağa hazır olduğunu bəyan edib.
“Lakin Ermənistan hər vəchlə bundan boyun qaçırmağa çalışır. Əslində isə 1915, 1918 və sonrakı illərdə Türkiyə, Azərbaycan və İran ərazilərində ermənilər tərəfindən müsəlman əhalisinə qarşı soyqırımı törədilib. Mübarizəmiz dünya emənilərinin canına hopduğu pisliyə qarşıdır”, - deyə M.Qurbanlı vurğulayıb.
Komitə sədri Türkiyəyə təzyiq göstərmək məqsədilə qərbdəki dairələrin qondarma “erməni soyqırımı” mövzusundan qəsdən istifadə etdiklərini təəssüflə qeyd edib.
“Əgər həqiqi soyqırımı barədə danışsaq, o zaman guya 100 il əvvəl baş verən uydurma hadisələrə müraciət etmək lazım deyil. Bunun üçün 20-25 il əvvəl Dağlıq Qarabağda baş verən faciəyə qayıtmaq lazımdır. Qondarma “erməni soyqırımı”nı tanımağa cəhd edənlər tarixi saxtalaşdırırlar”, - deyə M.Qurbanlı bildirib.
Tədbirdə çıxış edən Türkiyə nümayəndələri qondarma “erməni soyqırımı”nın tanınmasını dəstəkləyən dünya ölkələri və beynəlxalq təşkilatları tənqid ediblər.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət