Cümə günü Türkiyədə 1915-ci ildə Antanta və Osmanlı imperiyası qoşunları arasında Gelibolu yarımadasında döyüşlərin baş tutduğu Dardanel əməliyyatının 100 illik yubileyinə həsr olunan tədbirlər başlayıb. Bu barədə BBC telekanalı məlumat verib.
Xatirə tədbirlərində Britaniya kral ailəsinin nümayəndələri - Uels şahzadəsi Çarlz və şahzadə Harri, həmçinin Avstraliyanın baş naziri Toni Ebbott, Yeni Zelandiyanın baş naziri Con Key və daha 18 ölkənin liderləri iştirak etməlidirlər.
Mərasimlərdə Türkiyə tərəfindən prezident Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.
Rusiyanı Dövlət Dumasının spikeri Sergey Narışkin təmsil edəcək.
Bundan başqa, Gelibolu yarımadasında hərbi əməliyyatların qurbanlarının qohumları da daxil olmaqla, Türkiyə, Avstraliya və Yeni Zelandiyadan minlərlə turistin gəlməsi gözlənilir.
Mərasimlər 1915-ci ildə Antantanın desant çıxardığı yarımadanın məzarlıq və çimərliklərində keçiriləcək.
Həlak olan dənizçilərin xatirəsinə gəmilərdən yaylım atəşi açılacaq.
1915-ci il aprelin 25-də Antanta qüvvələrinin Gelibolu yarımadasına çıxarılması həmin ilin 19 fevral tarixində başlanan Dardanel əməliyyatının bir hissəsi olub.
Dardanel əməliyyatı 1915-1916-cı illərdə İstanbulun işğalı və Rusiyaya dəniz yolunun açılması məqsədilə Antanta ölkələrinin, əsasən də Britaniya imperiyası və Fransanın Birinci Dünya müharibəsində həyata keçirdiyi miqyaslı hərbi əməliyyatdır. Əməliyyat Antanta qüvvələri üçün uğursuz olub. Britaniya imperiyası uğrunda mübarizə aparan Avstraliya və Yeni Zelandiya Ordu korpusunun tərkibində döyüşən 7,5 mindən çox avstraliyalı və 2,7 min yeni zelandiyalı öldürülüb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət