Braziliyada Azərbaycan Mədəniyyəti Həftəsi başa çatıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Azərbaycan Mədəniyyəti Həftəsi 23-26 aprel tarixlərində Rio de Janeyro şəhərində Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, respublikanın Braziliyadakı səfirliyinin təşkilatçılığı və Rio de Janeyro Şəhər Prefekturasının nəzdində olan Cidade das Artes Fondunun birgə əməkdaşlığı ilə keçirilib.
Mədəniyyət Həftəsinin “Azərbaycan: dünən, bu gün, sabah” adlı fotosərginin nümayişi və Azərbaycan mətbəx nümunələrinin təqdimatı ilə açılışı olub.
Tədbirdə çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov adıçəkilən Mədəniyyət Həftəsinin Braziliya ictimaiyyətinə Azərbaycanın qədim və zəngin mədəniyyəti ilə yaxından tanış olmağa imkan yaratdığını və Azərbaycan ilə Braziliya arasında əməkdaşlığa töhfə verəcəyinə əmin olduğunu bildirib.
Sonra baş tutmuş qala-konsertdə “Qarabağ” muğam triosu xanəndə Arzu Əliyevanın ifasında "Şuşanın dağları", "Qarabağ şikəstəsi", "Qatar" və "Bayatı Şiraz" təsnifləri və digər Azərbaycan muğam incilərini səsləndirib. Azərbaycan Dövlət Rəqs Ansamblı "Cəngi", "Qarabağ", "Vətən" və digər məşhur milli rəqsləri təqdim edib.
25 aprel tarixində Braziliyanın ən möhtəşəm mədəniyyət ocağı sayılan Bələdiyyə Teatrında (Teatro Municipal) Azərbaycanın xalq artisti, maestro Yalçın Adıgözəlovun dirijorluğu ilə Braziliya Simfonik Orkestrinin konserti olub.
Mədəniyyət Həftəsi çərçivəsində, həmçinin “Nabat” və “Vəkil haradadır” kimi müasir Azərbaycan filmləri nümayiş olunub.
Bundan başqa, tədbir ərzində yerli ictimaiyyətə Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətindən bəhs edən, eləcə də “Bakı-2015” Birinci Avropa Oyunlarına həsr edilmiş çap materialları paylanılıb, ölkəmizin turizm imkanlarını əks etdirən videoçarxlar nümayiş etdirilib.
A. Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət