Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qərarların qəbul edilməsi çoxtərəfli mexanizmlər əsasında həyata keçirilməlidir. Bu barədə Türkiyənin sabiq prezidenti Abdulla Gül çərşənbə axşamı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Yeni dünya düzənində etimadın yaradılması” mövzusunda III Qlobal Açıq Cəmiyyətlər Forumunda bəyan edib.
“İki dünya müharibəsi nəticəsində müəyyən prinsiplər əsasında beynəlxalq təşkilatlar yaradılıb. Artıq 70 il ötüb. Bu təşkilatlarda, xüsusilə BMT-də qərarların qəbulu çoxtərəfli mexanizm əsasında həyata keçirilməlidir”, - deyə A.Gül bildirib. O qeyd edib ki, bir çox problemlərin həll olunmaması səbəbindən dünyada BMT Təhlükəsizlik Şurasına etimadın səviyyəsi tədricən azalır.
“Əgər Təhlükəsizlik Şurası daha demokratik və effektiv olsa, bütün prblemlər öz həllini tapa bilərmi? Xeyr! Lakin bu islahatlar beynəlxalq birliyə yeni təkan verəcək”, - deyə sabiq prezident vurğulayıb.
O qeyd edib ki, beynəlxalq prinsiplərin özülü möhkəmlənməlidir, ikili standartlara yol vermək olmaz.
“Misal üçün, Rusiyanın Ukraynaya qarşı təcavüzü dünyada ciddi narahatlığa səbəb oldu. ABŞ və Avropa İttifaqı Ruiyaya qarşı sanksiyalar tətbiq etdilər. Digər tərəfdən artıq 20 ildir Azərbaycan əraziləri işğal altındadır, 1 milyon insan qaçqın və məcburi köçkünə çevrilib. Lakin üçüncü tərəflər buna adekvat reaksiya vermədilər. Fələstin problemi barədə də bunu demək mümkündür. Əfsuslar olsun ki, beynəlxalq sistem bu problemlərin həllini təklif edə bilməz. Buna görə də etimada əsaslanan beynəlxalq təşkilatlar genişlənməlidirlər”, - deyə Türkiyənin sabiq prezidenti bəyan edib.
O qeyd edib ki, azad ticarətdə maneələrin aradan qatürülməsi vacibdir.
“Bazar iqtisadiyyatı plüralizm, liberal demokratiya şəraitində uğurla işləyə bilər. Ancaq biz avtoritar kapitalizm modellərinin genişlənməsini müahidə edirik. Rusiya və Çini buna misal çəkmək olar. Unutmamalıyıq ki, böhranlar şəffaflığın olmaması nəticəsində meydana gəlir”, - deyə A.Gül bildirib.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət