Azərbaycan Respublikası Prezidenti Administrasiyası
rəhbərinin müavini Novruz Məmmədov I Avropa Oyunları ərəfəsində və keçirilməsi dövründə Azərbaycan təzyiq göstərilməsini yolverilməz hesab edir.
“Əgər tarixə nəzər salsaq, görərik ki, Qədim Yunanıstanda Olimpiya Oyunları keçirilərkən müharibələrə son qoyulub, silahlar susub və ilahlər mahnılar ifa etməyə başlayıblar. Avropa Oyunları keçirərək Avropaya xidmət göstərən Azərbaycana minnətdarlıq bildirmək əvəzinə Bakını tənqid atışinə tuturlar”, - deyə N.Məmmədov Bakıda keçirilən III Qlobal Forumda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2012-ci ildə də Bakıda “Eurovision” beynəlxalq mahnı müsabiqəsi keçiriləndə də Azərbaycana bu cür münasibət nümayiş olunmuşdu.
“Olimpiya Oyunları zamanı barışıq, dostluq barədə danışmaq əvəzinə, müxtəlif dairələrdən mənfi bəyanatlar səslənir”, - deyə N.Məmmədov qeyd edib.
O bildirib ki, bir çox digər ölkələrdə olduğu kimi, Azərbaycanda da demokratiya və insan hüquqları ilə bağlı problemlər mövcuddur.
“Bu cür problemlər bütün ölkələrdə var. Niyə Bakıda insan hüquqları ilə bağlı problemlərin olduğu qeyd olunanda heç kim, heç bir dövlət, beynəlxalq təşkilat artıq 25 il ərzində 1 milyondan artıq Azərabycan vətəndaşının hüquqlarının kütləvi şəkildə pozulmasına dair məsələ qaldırmır? Həmin insanlar Azərbaycan ərazisinin 20%-nin işğalı nəticəsində qaçqın və məcburi köçkünə çevriliblər və öz evlərində yaşaya, məktəbə gedə, əcdadların məzarlarını ziyarət edə bilmirlər”, - deyə Azərbaycan Respublikası Prezidenti Administrasiyası
rəhbərinin müavini vurğulayıb.
R.Babayev
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət