Bu gün Bakıda “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli və “Laçın-virtual səyahət” 3D qrafik təsvirli filmlərin təqdimatı keçirilib.
Filmlər Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən çəkilib.
Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev filmlərin çəkiliş prosesi barədə məlumat verib.
“Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli filminin çəkilişində məqsəd Azərbaycanın qədim dövlətlərindən olan Qafqaz Albaniyası haqqında Ermənistanın elmi dairələrinin və erməni diasporunun dünya ictimaiyyətini aldatmaq yönündə fəaliyyətlərinə qarşı mübarizəyə töhfə vermək, Azərbaycan dövləti olan Qafqaz Albaniyasına məxsus tarixin, maddi-mədəni irsin, məbəd və kilsələrin, epiqrafik yazıların ermənilər tərəfindən saxtalaşdırılmasına dair elmi faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır”, - deyə N.Mehdiyev qeyd edib.
Onun sözlərinə görə, filmin hazırlanmasında erməniişğalı altında qalanQarabağ ərazisi də daxil olmaqla, Azərbaycanda olan, eyni zamanda, Ermənistan ərazisində qalan qədim Azərbaycandövlətlərindən olan Qafqaz Albaniyasına məxsus maddi-mədəni irs-alban məbədlərinə aid orijinal kadrlardan istifadə olunub.
“Filmin çəkilişlərində Qafqaz Albaniyası tarixi üzrə tanınmış britaniyalı tədqiqatçı Naycel Hezerinqton iştirak edib. Film ABŞ-dan olan Jason Vande Brake və Maggie Walsh tərəfindən səsləndirilib. Yerli və xarici mütəxəssilərlə birlikdə çəkilmiş “Qafqaz Albaniyası: gecikmiş həqiqətlər” filmi Qafqaz Albaniyasının mədəni-tarixi irsindən bəhs edən və xarici auditoriya üçün nəzərdə tutulan ilk sənədli filmdir”, - deyə N.Mehdiyev əlavə edib.
“Laçın-virtual səyahət” filmində Laçın rayonunun yaşayış məntəqələri, abidələri, küçələri və təbiəti 3D formatında nümayiş olunur.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət