Cənubi Qafqaz İpәk Yolu iqtisadi kәmәrinin reallaşdırılması üzrə qlobal strategiyanın həyata keçirilməsi nöqteyi-nəzərindən mühüm strateji əhəmiyyət kəsb edir. Bu barədə Çin Sosial
Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqat
İnstitutunun direktoru Li Yonquan bəyan edib.
“Çinin təşəbbüskarı olduğu İpәk Yolu iqtisadi kәmәri ideyası barədə danışarkən, bu layihənin həyata keçirilməsini həmin təşəbbüsün effektivliyinin təminatında mühüm rol oynaya biləcək Cənubi Qafqaz regionunun iştirakı olmadan təsəvvür etmək qeyri-mümkündür”, - deyə L.Yonquan Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mәrkәzinin (SAM) təşkil etdiyi “Cәnubi Qafqaz vә Mәrkәzi Asiya ölkәlәri İpәk Yolu iqtisadi kәmәri konteksindә” mövzusunda konfransda vurğulayıb.
Onun sözlərinə görə, İpək Yolu və XXI əsr Dəniz İpək Yolu iqtisadi kəmərinin yaradılması ideyası çoxdan müasir Çinin inkişafı nöqteyi-nəzərindən strateji məsələyə çevrilib.
“Çində bu təşəbbüsün həyata keçirilməsi istiqamətində konkret proqram tərtib olunur və biz regionun digər ölkələrindən buna dair təkliflər gözləyirik. Strategiyanın əsas məqsədi İpək Yolu ölkələrinin dünya iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi və İpək Yolu iqtisadi kəmərinin tərkib hissəsinə çevrilə biləcək regional layihələrin reallaşdırılmasına sərmayələrin cəlb olunmasıdır”, - deyə L.Yonquan bildirib.
O vurğulayıb ki, layihə çərçivəsində əməkdaşlıq qarşılıqlı siyasi etimadın qurulması, tarixi İpək Yolu boyunca yerləşən ölkələr arasında ticarətin genişlənməsi və maliyyə əlaqələrinin dərinləşməsi məqsədilə əlverişli şəraitin yaradılmasına imkan verəcək.
“Çinin bu təşəbbüsü bütün dünya üçün mühüm strateji əhəmiyyət kəsb edir və hər kəs onun reallaşdırılmasında iştirakla bağlı özü qərar verir. İpək Yolu iqtisadi kəməri çərçivəsində malların tədarükü marşrutu hələlik müəyyən olunmayıb. O, konkret layihələrin reallaşdırılmasında iqtisadi mənfəətdən asılı olaraq formalaşacaq, bu isə təşəbbüsü geosiyasi oyun və ya mübarizə kimi deyil, iqtisadi əməkdaşlıq kimi müəyyən edir”.
“Çinin İpək Yolu iqtisadi kəməri layihəsinin reallaşdırılmasına dair təşəbbüsü Pekinin qərb istiqamətində - Rusiya, Türkiyə, Avropa, Mərkəzi Asiya və Şimali Afrika ökələri ilə ticari-iqtisadi münasibətləri inkişaf etdirmək cəhdi ilə diktə olunub. Cənubi Qafqaz və Mərkəzi Asiya İpək Yolu iqtisadi kəməri zəncirində mühüm elementlərdən biridir və Azərbaycan burada strateji yer tutur”, - deyə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli bəyan edib.
Onun sözlərinə görə, dünyanın hazırkı inkişaf konsepsiyası üçüncü minilliyin ən böyük meqalayihəsidir.
“Bu yol Çindən Avropaya aparır və özündə böyük iqtisadi arealı birləşdirir. Azərbaycan bu memarlıqda iştirak etmək istədiyini bildirib. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolu Şərq-Qərb iqtisadi dəhlizində xüsusi yer tutacaq. Azərbaycan əməkdaşlıq və dostluğun möhkəmlənməsinə, həmçinin beynəlxalq təhlükəsizliyin təmin edilməsinə aparan qlobal iqtisadi layihələrin reallaşdırılmasının tərəfdarıdır”, - deyə Prezident Administrasiyasının nümayəndəsi qeyd edib.
Ə.Həbibbəyli postsovet məkanında münaqişələrin həll olunmamasının bu təşəbbüsün həyata keçirilməsinə təhdidlərdən biri olduğunu qeyd edib.
“Bununla əlaqədar diqqəti Ermənistan-Azərbaycan münaqişəsinə yönəltmək istərdim. İrəvan 20 ildən artıqdır Azərbaycanın 20% ərazisini işğal altında saxlamaqla bütün beynəlxalq normalara məhəl qoymamaqda davam edir. Bununla Ermənistan rəhbərliyi öz xalqına zərər verir”, - deyə o qeyd edib.
Həmçinin Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin direktoru, sabiq xarici işlər naziri İrakli Menaqarişvili Çinin təşəbbüsünün reallaşdırılması kontekstində postsovet məkanında mövcud münaqişələrin nizamlanmasının vacibliyini vurğulayıb.
“Qara və Xəzər dənizləri regionları Avropa iqtisadi zonası və Çin kimi iri tərəfdaş üçün vacibdir. Ticari-iqtisadi və mədəniyyət yollarının kəsişməsində yerləşən Cənubi Qafqaz və Mərkəzi Asiya böyük potensiala və ehtiyatlara malikdir ki, onların dünya bazarlarına çıxışını təmin etmək mühüm məsələdir”, - deyə o qeyd edib.
İ.Menaqarişvili regionun problemlərinin qarşılıqlı əlaqəli olduğunu vurğulayıb.
“Biz regionu vahid iqtisadi məkan kimi qəbul etmədiyimiz zamana kimi münaqişəli vəziyyətlərə dair qərar tapılmayacaq. Dünyanın heç bir digər hissəsi bizimki qədər qarşılıqlı əlaqədə ola bilməz, çünki əgər müəyyən hissəsində nə isə baş verirsə, bu, dərhal qonşu dövlətlərə öz təsirini göstərir”, - deyə o bildirib.
Sabiq nazir vurğulayıb ki, regional struktur çərçivlərinin qurulması sabitliyi təmin etməyə və riskləri azaltmağa imkan verəcək.
Öz növbəsində Türkiyə XİN nəzdində Strateji Araşdırmalar Mərkəzinin direktoru Əli Rəsul Usul İpək Yolu iqtisadi kəmərin bütün regiona verəcəyi üstünlüklərdən söz açaraq, bu layihənin reallaşdırılması zamanı yarana biləcək mümkün problemləri qeyd edib.
“Layihənin reallaşdırılması nəticəsində geosiyasi xarakter daşıyan müxtəlif çətinliklər də meydana gələ bilər. Avrasiya cəlbedici layihələri ilə iri qüvvələrin təhlükəli qarşıdurma platformasına çevrilə bilər. Bu səbəbdən regionda qarşılıqlı asılılıq səviyyəsini artırmağa və münaqişələri azaltmağa imkan verən regional əməkdaşlığın genişləndirilıməsi çox vacibdir”, - deyə o vurğulayıb.
Tədbirdə. həmçinin Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Çinin beyin mərkəzlərinin nümayəndələri də çıxış ediblər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət