Regionun bütün xalqları arasında əməkdaşlıq Azərbaycan və Türkiyənin maraqlarına xidmət edir. Bu barədə Türkiyə baş nazirinin müavini Əli Babacan bəyan edib.
“Azərbaycanla ümumi marağımız - regionun əsrlər boyu eyni coğrafiyanı bölüşən bütün xalqlarının əməkdaşlıq və dialoqda birgə iştirakıdır”, - deyə Ə.Babacan B20 Azərbaycan Regional Məsləhət Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Ermənistan işğalçı siyasəti ilə bu dialoqdan kənarda qalıb və həmin potensialdan istifadə etmək imkanına malik deyil.
“Bu məsələdə mövqeyimiz aydındır: Qafqazda sülh və sabitliyin bərqərar olması üçün Dağlıq Qarabağ məsələsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizamlamaq lazımdır”, - deyə Ə.Babacan qeyd edib.
O, həmçinin təəssüflə deyib ki, 1994-cü ildən bəri ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib.
“ATƏT-in Minsk Qrupunun himayəsi altında 20 ildən artıqdır davam edən sülh danışıqlarının hələ də heç bir nəticə verməməsi təəssüf doğurur. Bu məsələdə ərazisinin 20%-dən çox hissəsi işğal altında olan Azərbaycanın ədalətli mövqeyini məsuliyyətlə dinləmək lazımdır. Bu məsələ qısa müddət ərzində beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır”, - deyə o bəyan edib.
“Bütün regionun rifahına xidmət edəcək tədbirlər görmək lazımdır. Türkiyə bu tədbirləri və Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcək”, - deyə Ə.Babacan əlavə edib.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət