Radikal ekstremizm müasirliyin bəlasıdır, onunla effektiv mübarizə yalnız bütün dünya birliyinin səylərinin biləşməsi zamanı mümkündür. Bu barədə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser bəyan edib.
“Radikal ekstremizm müasirliyin qlobal problemidir və dünya və dini liderlər, siyasətçilər, ictimai xadimlər bu bəlanın təzahürünə qarşı mübarizə aparmaq üçün birləşməlidirlər”, - deyə Al-Nasser Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” devizi altında keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib.
Onun sözlərinə görə, terrorçuluq və radikal ekstremizmlə mübarizə məsələlərində dini liderlərin üzərinə böyük məsuliyyət düşür.
“Bu gün terrorçuluq və təcavüzkar ekstremizm bütün cəmiyyətlərimizi narahat edir. Təəssüflə qeyd etmək lazımdır ki, müasir gənclər radikal ekstremist dairələrin qurbanına çevrilirlər”, - deyə BMT-nin nümayəndəsi qeyd edib.
O vurğulayıb ki, BMT-nin Sivilizasiyalar Alyansı beynəlxalq səviyyədə terrorçuluğa mübarizə aparmaq üçün səy göstərir.
“Ötən ilin sentyabr ayında BMT Təhlükəsizlik Şurası çərçivəsində terrorçuluğun yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı qəbul edilib. Bu proqram vətəndaşların terrorçulara qoşulmaq məqsədilə bu və ya digər dövlətlərin ərazilərindən keçməsinin qarşısını almaq üçün müxtəlif ölkələrin əməkdaşlığının inkişafını nəzərdə tutur. Əsas vəzifəmiz radikal ekstremizimlə mübarizə istiqamətndə səylərin birləşdirilməsidir”, - deyə Al-Nasser vurğulayıb.
O, həmçinin terrorçuluq və radikal ekstermizmlə mübarizə prosesində dini liderlərin iştirakının xüsusi əhəmiyyətini vurğulayıb.
“Bütün ənənəvi dinlərin nümayəndələri mövcud münaqişələrin həlli və yeni münaqişələrin yolverilməzliyinə, xalqlar və dövlətlər arasında dostluq və əməkdaşlığın inkişafına yönələn sülhməramlı fəaliyyətləri barədə bəyan edirlər. Bu o deməkdir ki, dini icmalar, onların liderləri və digər nümayəndələr dünya ictimaiyyətinin mühüm hissəsidir, onların üzərinə sülh və təhlükəsizliyin təminatı üzrə mühüm rol düşür”, - deyə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi bildirib.
Onun sözlərinə görə, radikal ekstremizlə mübarizə mürəkkəb vəzifədir, bununla əlaqədar bu bəla ilə mübarizədə vahid strategiyanın müəyyən edilməsinə çox ciddi yanaşmaq lazımdır.
“Təcrid olunan cəmiyyətlərin radikal ekstremizmin təsirinə düşməsinə imkan verməmək üçün səyləri birləşdirmək lazımdır”, - deyə Al-Nasser vurğulayıb.
R.Babayev
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət