GUAM “oyunun qaydaları”na riayət edən dövlət və təşkilatlarla əməkdaşlığa açıqdır. Bu barədə GUAM-ın baş katibi Valeri Çeçelaşvili bəyan edib.
“Əsas məqsədimiz əməkdaşlıq üçün məkan yaratmaq, etimadı təkmilləşdirmək və güclü inteqrasiya yaratmaqdır. Bu işdə biz beynəlxalq “oyunun qaydaları”na riayət edən beynəlxalq təşkilatlar və dövlətlərlə fəaliyyətə açıqıq”, - deyə V.Çeçelaşvili III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, GUAM demokratik dəyərləri, insan hüquqlarını, bazar iqtisadiyyatını təşviq etməyə çalışır.
“Bütövlükdə biz etimadın möhkəmlənməsi məqsədilə birgə proqramlar, regionda inteqrasiyanı reallaşdırmaq istəyirik. Etimad yaratmaq asan məsələ deyil. Bütün tərəfdaş ölkələrin ikitərəfli münasibətləri var. Ümumilikdə dünya əməkdaşlıq şəbəkəsində etimad kifayət qədər deyil, hətta qeyd edərdim ki, o mövcud deyil. Bu gün beynəlxalq hüququn müəyyən baza prinsipləri, BMT Xartiyası, Helsinki Yekun Aktının 10 baza prinsipi və müxtəlif beynəlxalq təşkilatların universal və regional müddəaları pozulub”, - deyə V.Çeçelaşvili qeyd edib.
“Əgər biz zamanında buna qarşı dura bilsəydik... Üç ölkə bununla üzləşdi - Azərbaycan, Gürcüstan və Moldova. Bundan nəticə çıxarılmadı. Krımın ilhaqı və Ukraynanın şərqində məlum hadisələr baş verdi”, - deyə o əlavə edib.
Baş katib əmindir ki, universal və regional təşkilatların rolu etimad tədbirlərinin təkmilləşdirilməsi, bu cür vəziyyətlərdən çıxış yolları üçün məkan tapmaqdan ibarətdir.
“Bizim ölkələrimiz həll olunmamış münaqişələrdən əziyyət çəkir. Onlardan bəziləri on illərdir nizamlanmayıb. Bu münaqişələr nəinki GUAM məkanına təhlükədir, həm də bütün Avropaya zərbədir. Sirr deyil ki, həmin münaqişələr kənardan yaradılıb. Beynəlxalq hərbi müdaxilə də olmayıb. İnanırıq ki, həmin problemləri nəinki beynəlxalq hüquq norma və prinsipləri, həmçinin dövlət sərhədlərinin sarsılmazlığı prinsipi əsasında həll etmək mümkündür. Hesab edirik ki, mövqeyimiz ədalətlidir”, - deyə V.Çeçelaşvili vurğulayıb.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət