Bu ilin 25-26 may tarixlərində Beynəlxalq Sığorta Şirkətində növbəti dəfə keyfiyyətin idarəetmə sisteminin ISO 9001:2008 Beynəlxalq Standartının tələblərinə uyğunluğunun yoxlanılması ilə bağlı təkrar sertifikatlaşdırma auditi keçirilmişdir. Audit yoxlaması SGS şirkətinin Bakı ofisi tərəfindən aparılmışdır.
Şirkət, 2006-cı ildə ilk dəfə ISO 9001:2000 Beynəlxalq Standartına uyğunluq barədə sertifikat almışdır. 2006-cı ildən 2015-ci ilədək Beynəlxalq Sığorta Şirkətində «SGS Kazakhstan Ltd», «SGS Tashkent Ltd», «SGS Azeri Ltd» şirkətlərinin aparıcı auditorları tərəfindən hər il yoxlama keçirilmişdir.
Beynəlxalq Sığorta Şirkəti builki auditi də müvəffəqiyyətlə keçərək, artıq dördüncü dəfə ISO 9001:2008 Beynəlxalq Standartının tələblərinə uyğunluq barədə sertifikat almaqla, növbəti dəfə Şirkətdə keyfiyyətin idarəetmə sisteminin effektiv təşkil edildiyini və onun beynəlxalq standartlara uyğunluğunu təsdiq etmişdir. Audit hesabatında Şirkət rəhbərliyinin liderliyi, keyfiyyət üzrə mütəxəssisin yüksək hazırlığı və fəaliyyəti, Şirkətin keyfiyyətin idarəetmə sisteminin inkişafında əməkdaşların peşəkarlığı, «INSURE-AZ» proqram təminatı bazasında korporativ elektron sistemin effektiv tətbiqi, keyfiyyətin idarəetməsi üzrə sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsi sahəsində işin standartlara uyğun təşkili kimi pozitiv müşahidələr xüsusilə əks etdirilmişdir.
Qeyd etmək lazımdır ki, Beynəlxalq Sığorta Şirkəti 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmişdir. 2012-ci ildə sığorta fəaliyyətinə müddətsiz lisenziya almış şirkət hazırda müştərilərə 32 sığorta növü üzrə sığorta xidmətləri göstərir. Şirkətin Nizamnamə kapitalı 14.800.000 manatdır.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət