Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muzinieksi, BMT-nin məruzəçisi
Mişel Forstu və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatoviçi həmin təşkilatların statuslarından sui-istifadə etməkdə ittiham edib.
“Bu şəxslər təmsil etdikləri təşkilatların statusundan sui-istifadə edərək, Azərbaycana qarşı Avropa Oyunları ərəfəsində bəzi dairələr tərəfindən sifarişli əsasda aparılan qarayaxma kampaniyasının tərkib elementi kimi fəaliyyyət göstərirlər. Bu əməlləri ilə sözügedən şəxslər təmsil etdikləri təşkilatların məqsəd və məramlarına deyil, yalnız məhdud siyasi dairələrin maraqlarına xidmət etdiklərini bir daha sübut edirlər”, - deyə H.Hacıyevin KİV üçün bəyanatında deyilir.
XİN-in nümayəndəsi qeyd edir ki, idman və xüsusilə Birinci Bakı Avropa Oyunları Avropa qitəsində bu gün aktual olan mədəniyyətlər və dinlərarası dialoqa, dostluğa, tərəfdaşlığa və sülhə xidmət edir.
Bununla əlaqədar H.Hacıyev vurğulayıb ki, BMT Baş Assambleyasının 69-cu sessiyasında 31 oktyabr 2014-cü ildə qəbul edilən “İdman təhsil, səhiyyə, inkişaf və sülhü təşviq edən vasitə kimi” adlı qətnamədə Avropa Oyunlarının kəsb etdiyi əhəmiyyət xüsusi olaraq vurğulandığı halda, bu şəxslərin Avropa Oyunlarına qarşı məkrli cəhdləri beynəlxalq ictimaiyyətin iradəsinə qarşı fəaliyyətdir.
H.Hacıyev qeyd edir ki, insan hüquqlarının müdafiəsindən danışıldığı halda, “bu şəxslər 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları haqqında bir söz deməyə cəsarət tapmırlar.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət