Azərbaycandan olan məcburi köçkünlər Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı prosesi udublar. Bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Belə ki, Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə qərar çıxarıb. Ermənistanın Laçın rayonuna təcavüzü nəticəsində məcburi köçkün düşən 6 Azərbaycan vətəndaşı 6 aprel 2005-ci il tarixində AİHM-ə şikayət ərizəsi ilə müraciət ediblər.
XİN məlumat verir ki, AİHM şikayətçilərin xeyrinə qərar çıxarıb. Məhkəmə Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirib.
Bundan başqa, məhkəmə Azərbaycan ərazilərinin işğalına və qanunsuz hərbi iştiraka görə hüquqi məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.
Məhkəmə prosesi zamanı Ermənistan həmişəki kimi beynəlxalq ictimaiyyəti yanıltmağa, münaqişənin əsl səbəbləri və mahiyyətini təhrif etməyə cəhd göstərərək iddia edib ki, onun yurisdiksiyası işğal etdiyi Dağlıq Qarabağ və ətraf torpaqlara şamil edilmir, o, bu ərazilər üzərində nəzarətə malik olmadığından burada effektiv nəzarət həyata keçirə və hakimlik edə bilməyib. Ermənistan tərəfinin iddialarına görə, ölkə hərbi münaqişədə və hətta sonrakı hərbi əməliyyatlar zamanı Laçın rayonunun işğalında iştirak etməyib və Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağ və ətraf ərazilərdə olmayıb.
Bundan başqa, Ermənistan iddia edib ki, DQR “beynəlxalq hüquq altında müstəqil dövlətə aid bütün xüsusiyyətlərə malik olan suveren, müstəqil dövlət olub”, Ermənistan və DQR ayrı-ayrı ölkələrdir və DQR yarandığı andan etibarən müstəqil siyasi, sosial və maliyyə siyasəti yürüdüb.
Bu və digər iddialara cavab olaraq məhkəmə qeyd edib ki, münaqişə Dağlıq Qarabağın Ermənistana birləşməsi çağırışlarından başlayıb. Və bununla əlaqədar Ermənistan SSR Ali Şurası və Dağlıq Qarabağ Regional Şurasının 1989-cu ilin dekabr ayında qəbul etdiyi “birləşməyə” dair birgə qərarına istinad edib. AİHM müəyyən edib ki, Azərbaycan vətəndaşları 1992-ci ilin may ayında Laçın rayonuna hücum nəticəsində oranı tərk etməyə məcbur olublar.
AİHM bəyan edib ki, Dağlıq Qarabağ, Laçın rayonu və ətraf rayonlar hazırda işğal altındadır və həmin vəziyyətə münasibətdə “Quruda müharibə aparma qanun və adətləri haqqında” 1907-ci il Haaqa Konvensiyası və “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” 1949-cü il Cenevrə Konvensiyasının müvafiq müddəlarında təsbit olunmuş hərbi işğala dair beynəlxalq hüquq tətbiq edilir.
Məhkəmə 14 dekabr 2011-ci il tarixli qərarla bağlı gəldiyi nəticəni təsdiq edib. Ona əsasən, DQR nə ölkə, nə beynəlxalq təşkilatlar tərəfindən beynəlxalq hüquq altında olan dövlət kimi tanınmır. Beləliklə, AİHM əksər hallarda bu qurumu inkar edən və Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiq edilməsi və bu zaman beynəlxalq hüququn əsas normalarının görünməmiş dərəcədə pozulması və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımaqdan imtina edən beynəlxalq ictimaiyyətin mövqeyini təsdiq etdi.
Bundan başqa, təqdim olunan faktları yoxladıqdan sonra məhkəmə təsdiq edib ki, “Ermənistan hərbi iştirak, hərbi texnika və təcrübə vasitəsilə qarşıdurmanın ilk mərhələsindən Dağlıq Qarabağ münaqişəsinə son dərəcə yüksək səviyyədə cəlb olunmuşdu”, “onun hərbi dəstəyi həmin ərazilərin işğalı və davamlı şəkildə nəzarət altında qalmasında həlledici olub və olmaqda qalır” və “... sübutlar əsaslı surətdə ... Ermənistan və DQR Silahlı Qüvvələrinin yüksək səviyyədə inteqrasiyasını sübut edir”.
Separatçı birləşmənin siyasi, maliyyə və digər sahələrdə Ermənistandan asılı olduğunua dair bu və digər sübutları əsas tutaraq, AİHM belə qərara gəlib ki, “... Ermənistan Respublikası Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk gündən etibarən bütün DQR-ə mühüm və həlledici təsir gücünə malik olub, həmin birləşmələr bütün vacib məsələlər üzrə yüksək səviyyədə inteqrasiya olunublar və bu vəziyyət bugünə qədər qalır”, DQR və onun administrasiyası Laçn rayonu da daxil olmaqla, Dağlıq Qarabağ və ətraf ərazilərə effektiv nəzarət həyata keçirən Ermənistanın hərbi, siyasi, maliyyə və digər yardımları sayəsində mövcuddur.
Məhkəmə məcburi köçkünlərin öz evlərinə və daimi yaşayış yerlərinə qayıtmaları hüququnu təsdiq edib və mənzil və əmlakın qaytarılmasını nəzərdə tutan hüquqi və texniki məsələlərlə bağlı insan hüquqları və beynəlxalq humanitar hüquq çərçivəsində müvafiq standartları və prinsipləri xatırladıb.
Məhkəmənin rəyinə görə, hazırkı şəraitdə, yəni həmin torpaqlarda ermənilərin və Ermənistan tərəfindən dəstəklənən ordunun daim olduğu və atəşkəs rejiminin pozulduğu birvəziyyətdə azərbaycanlıların öz evlərinə qayıtması qeyri-realdır. Eyni zamanda, AİHM aydın şəkildə işarə edib ki, ATƏT-in Minsk Qrupu çərçivəsində davam edən danışıqlar azərbaycanlı məcburi köçkünlərin hüquqları, həmçinin hələ də qüvvədə olan əmlak hüquqlarına müdaxilə üçün hüquqi əsas vermir. Məhkəmə münaqişə zamanı didərgin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı Ermənistanın öhdəliklərini xatırladıb. Məhkəməyə əsasən, işğal olunmuş əraziləri tərk etmiş azərbaycanlı məcburi köçkünlərin torpaq hüquqlarının Ermənistan tərəfindən pozulması cəhdləri qanuni hesab edilə bilməz. Ermənistan tərəfindən azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulması ilə razılaşan məhkəmə bu ölkənin iddia üzrə zərərin ödənilməsi iqtidarında olan hüquqi müdafiə vasitələrinə malik olmasını sübut etməyib. AİHM həmin səbəblərə görə müəyyən edib ki, Ermənistan tərəfi iddiaçıların Laçın rayonunda öz evlərinə qayıdaraq mülkiyyətlərindən istifadəsinə imkan verməməsi üçün effektiv hüquqi dəlillər təqdim etməyib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət