“İnterfaks-Azərbaycan” agentliyinin suallarına “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) rəhbəri Valentin Denisov cavab verir.
-Valentin Petroviç, Azərbaycanla Rusiya arasında münasibətlərin möhkəmləndirilməsində idmanın rolunu necə qiymətləndirirsiniz?
-Mən ürəkdən inanıram ki, idman ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsi üçün ən vacib sahələrdən biridir. İdman iqtisadiyyat, mədəniyyət və təhsillə bir sırada dayanır. Bizim ölkələrimizin idman məktəblərinin kökləri eynidir. Bu o deməkdir ki, idmançılarımız eyni ənənələrlə yetişdiriliblər, onların əksəriyyətinin idmandakı kumirləri Sovet idmanının nümayəndələridir.
Bakıda I Avropa Oyunlarının keçirildiyi günlərdə RİMM-də Azarkeşlər Evi açılıb. Azarkeşlər Evinə gələnlərlə ünsiyyətdə olarkən bir nəticə çıxarmaq olar: onlar Azərbaycan və Rusiya idmançılarına eyni səviyyədə azarkeşlik edirlər. Azarkeşlər Evinin devizi belədir - “Bizimkilərə azarkeşlik edirik!”- yəni azərbaycanlı və rusiyalı atletlərə. Hər gün bizim mərkəzdə təbriketmə mərasiminə gələn Avropa Oyunlarının qalibləri də bu barədə danışırlar. Atmosferi və tribunaların “temperaturunu” onlar qədər heç kim hiss edə bilməz.
- Artıq Oyunların və Azarkeşlər Evinin işinin birinci yarısı başa çatıb. Bura gələnlər ən çox nə ilə maraqlanırlar?
- Birincisi, bu, unikal sərgidir və Azərbaycan, Rusiya və Sovet idmanının tarixindən bəhs edir. Sərgi görkəmli idmançıların Rusiya Olimpiya Komitəsinə və Moskva Dövlət İdman Muzeyinə təqdim etdikləri eksponatlardan ibarətdir. Bunlar idmançılara Olimpiya yarışlarında qalib gəlməyə kömək etmiş idman ləvazimatları, eləcə də geyimlərdir. Sərgiyə gələn tamaşaçılar bu eksponatları əllərində tuta, idman paltarlarını geyinib baxa və xatirə şəkli çəkdirə bilərlər. Burada tamaşaçılar üçün xüsusi 3D eynəklərdən istifadə etməklə özlərini idman meydançalarında sınamağa, idmançıların yaşadıqları hissləri keçirməyə kömək edən xüsusi stendlər yaradılıb. Arzu edənlər idman tarixi ilə bağlıviktorinada iştirak edə və xatirə hədiyyələri qazana bilərlər. Və nəhayət, bizim ev şəhərdə yeganə məkandır ki, burada I Avropa Oyunlarının qaliblərinə təqdim edilən əsl qızıl, gümüş və bürünc medallarla yaxından tanış olmaq olar.
- Azarkeşlər Evini ziyarət edənlərin tərkibini təhlil edirsinizmi?
-Əlbəttə, biz bununla maraqlanırıq. Amma bütün ziyarətçilər bizim üçün eynidir, yaş və dərəcə fərqi qoymuruq. Evin açılış mərasimində çoxlu sayda fəxri qonaq - görkəmli idmançılar, nazirlər, deputatlar iştirak ediblər. Səhərdən axşama qədər Azərbaycanın qonaqları və bakılılar ailəvi şəkildə buranı ziyarət edirlər. Müxtəlif ölkələrin diplomatları böyük maraq göstərirlər. Biz hamının gəlişinə şadıq və qonaqlarımızı məmnuniyyətlə qarşılayırıq. Ötən həftə minlərlə tamaşaçı evimizi ziyarət edib. Hamı buradan məmnun və şad qayıdır.
-Belə başa düşdüm ki, I Avropa Oyunları başa çatdıqdan sonra Azarkeşlər Evi öz işini başa çatdıracaq?
- Formal olaraq bəli. Lakin biz ekspozisiyanın bir hissəsini saxlamaq istəyirik ki, yay tətilindən qayıdan şagird və tələbələr də artıq tarix olacaq I Avropa Oyunlarının eksponatları ilə tanış ola bilsinlər. Əlbəttə, unikal eksponatlar Rusiyaya, qeydiyyatda olduqları yerə qaytarılacaq. Lakin biz çalışacağıq ki, RİMM-də I Avropa Oyunlarının atmosferi bir müddət saxlanılsın. Rusiya səfirliyinin və “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin fikri belədir. Rusiya Olimpiya Komitəsi də bu fikirlə razıdır.
- Azarkeşlər Evinin təşkilatçıları və könüllüləri idman tribunalarında ola bilirlərmi?
- Kiminsə bəxti az , kiminsə bəxti çox gətirir. Bizim könüllülərimiz, əsasən bakılı tələbə və məktəblilərdir. Onlar çox çalışırlar, çünki bizim evin siması sayılırlar. Və əlbəttə, əgər sıx qrafik imkan verirsə, biz idman tribunalarına onları göndərməyi çalışırıq. Bizim evdə ən müxtəlif yarışların nümayiş etdirildiyi çoxformatlı ekranlar quraşdırlıb. Biz tamaşaçılarla birlikdə Azərbaycan və Rusiya idmançılarının uğurlarına sevinirik. Və onlar bizim ümidlərimizi layiqincə doğruldurlar.
Oxucularımıza xatırladırıq ki, Azarkeşlər Evi RİMM-də yaradılıb. Ünvan: Bakı şəhəri, Xocalı prospekti, ev 20 (“Xətai” metrosunun yaxınlığında). Azarkeşlər Evi səhər saat 9.00-dan axşam saat 21.00-a qədər açıqdır. Giriş pulsuzdur.
Söhbət etdi A.Zeydullayeva
Foto Murad Qattalındır: (soldan sağa) “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, 1992-ci ildə cüdo üzrə Olimpiya çempionu Nazim Hüseynov və azarkeşlər Azarkeşlər Evində
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət