Azərbaycan əhalisinin əksəriyyəti ölkə prezidenti İlham Əliyevə etibar edir. Bunu “Rəy” Monitorinq Mərkəzinin iyunun əvvəlində ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.
Cavablar göstərir ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 87,3%-i öz səslərini hazırki dövlət başçısı İlham Əliyevə verərdi.
“İ.Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?” sualına respondentlərin 83%-ə yaxını “bəli, cavab verir” (tam və ya qismən), 5%-i “xeyr, cavab vermir”, 4%-i isə “əsasən cavab vermir” deyə bildirib. Qalan 8% respondent bu sualı cavablandırmaqda çətinlik çəkib.
Sorğu, həmçinin göstərib ki, “prezident seçkiləri qarşıdan gələn bazar günü” keçirilsəydi, rəyi soruşulanların mütləq əksəriyyəti (60%) birmənalı olaraq səsverməyə qatılardı. Daha 21% «yəqin ki, iştirak edərdim» cavab variantını seçib. Səsverməyə getməyəcəyini deyən respondentlər isə 12% təşkil edib. Qalan 7% cavab verməkdə çətinlik çəkib.
Hesabat 2015-ci il iyunun 13-15-də keçirilmiş “omnibus” tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb.Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1500 nəfər iştirak edib. Nisbi xəta 2,7% təşkil edir.
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət