Irəvanın mərkəzində polis tərəfindən nümayişçilərin dağıdılması nəticəsində saxlanılanlar arasında jurnalistlər də olub. Nümayişçilər 1 avqust tarixindən etibarən elektik enerjisinin tarifinin artırılmasına dair hökumətin qərarına etiraz edirlər.
Yerli mətbuat öz əməkdaşlarının saxlanılması barədə məlumat verib. Hazırda “Qala” və “News” internet-nəşrlərində çalışan 2 jurnalistin saxlanması məlum olub. Həmçinin “Azadlıq” radiostansiyasının Ermənistan bürosunun müxbiri də saxlanılıb.
Məlumat verilir ki, “Qala” internet-nəşrinin jurnalisti Paylak Faxradyan döyülüb. Nəşrin qeyd etdiyi kimi, jurnalistlərin foto və videotexnikasına ziyan vurulub.
Məlumatlara əsasən, hüquq mühafizəçiləri bəzi KİV nümayəndələrinə güc tətbiq edərək onların əllərindən fotoaparatlarını alıblar.
Çərşənbə axşamı səhər saatlarında Ermənistan polisi nümayişçilərin dağıdılması üzrə əməliyyatı başa çatdırıb.
Aksiya iştirakçıları su şırnağının tətbiq edilməsi nəticəsində mərkəzi Baqramyan prospektindən Azadlıq meydanına tərəf çəkilməyə məcbur ediliblər.
Onlarla şəxs saxlanılıb.
Hazırda İrəvanın mərkəzi hərəkət üçün tam açıqdır. Küçələrdə çox sayda polis və xüsusi texnika cəmlənib.
Daha əvvəl polis minlərlə insanın yönəldiyi prezident iqamətgahının yerləşdiyi Baqramyam prospektini bağlamışdı. Səhərə qədər nümayişçilərin sayı bir neçə yüz nəfər azalıb.
Hüquq-mühafizə orqanları və fəalların saatlarla davam edən danışıqları heç bir nəticə verməyib. Aksiya iştirakçıları Ermənistan prezidenti Serj Sarqsyanla görüş tələb ediblər. Onlar prezidentlə görüş üçün 3-5 nəfərdən ibarət qrupun təşkil edilməsinə dair hökumətin irəli sürdüyü təkliflə razılaşmayıblar.
İrəvan polisinin rəis müavini Valeri Osipyan nümayişçilərin dağıdılmasından öncə aksiya iştirakçılarını Azadlıq meydanına qayıtmağa çağırıb. Axşam iştirakçılar oradan Ermənistan prezidentin iqamətgahına doğru irəliləməyə başlayıblar.
“Prospekti açmaq üün sizə 10 dəqiqə vaxt verirəm. Sizin hərəkətləriniz qanunsuzdur. Polisin qanuni tələblərinə riayət etməmək bizi güc tətbiq etməyə vadar edir”, - deyə V.Osipyan qeyd edib.
İyunun 19-dan etibarən İrəvanın mərkəzində Azadlıq meydanında elektrik enerjisinin qiymətinin artırılmasına qarşı etiraz aksiyası keçirilir.
Ötən həftə Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası ölkədə 1 kilovatsaat elektrik enerjisinin qiymətinin 6,93 dram (475,03/$1) artırılmasına dair qərar qəbul edib. Yeni tarif 1 avqust tarixindən tətbiq olunacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət