Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreys Pildeqoviçs cümə günü Riqada keçirilən görüşdə ikitərəfli əməkdaşlığın inkişafından, o cümlədən hərbi sahədə əlaqələrdən məmnun oluduqlarını bildiriblər.
Həmsöhbətlər bir sıra regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.
Z.Həsənov dövlət katibinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların nəticəsiz qalması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əsasən Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasının yerinə yetirilməməsi barədə məlumat verib.
Müdafiə naziri ermənilər tərəfindən Azərbaycan xalqına qarşı Xocalı şəhərində törədilmiş dəhşətli qətliama dair bəyanatla çıxış etdiyinə görə Latviya tərəfinə minnətdarlığını bildirib.
A.Pildeqoviçs Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn normaları və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini Latviyanın daim dəstəklədiyini qeyd edib.
O, bir sıra beynəlxalq, eləcə də Avropanın müxtəlif qurumlarında keçirilən tədbirlərdə Azərbaycanın haqlı mövqeyinin Latviya tərəfindən daim dəstəkləndiyini və bundan sonra da bu mövqenin dəyişilməz qalacağını vurğulayıb.
Görüşdə beynəlxalq sülhyaratma əməliyyatlarında Azərbaycanın iştirakı, ölkələrin təhlükəsizliyinə təhdid olan beynəlxalq terrorizmə və separatizmə qarşı qəti mövqeyinin nümayiş etdirilməsi məsələlərinə dair müzakirələr aparılıb.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət