Azərbaycan və Gürcüstan sərhədçiləri dövlət sərhədinin razılaşdırılmış mühafizəsini təmin edən əməkdaşlığın yeni səviyyəsinə çıxırlar. Bu barədə Dövlət Sərhəd Xidmətinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi Murad
Nağıyev bəyan edib.
“Biz artıq yaşıl sərhədə aid olan yeni mərhələyə - dövlət sərhədinin birgə hissələrinin razılaşdırılmış mühafizəsi mərhələsinə qədəm qoyuruq. Yəni bu, xidmətimizin təşkilində böyük əhəmiyyət kəsb edən yeni sahədir”, - deyə o, “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” layihəsi çərçivəsində ikitərəfli seminarda bildirib.
Onun sözlərinə görə, Azərbaycanda inteqrasiya olunan sərhəd idarəçiliyi modelinin yaradılması məsələlərinə böyük diqqət ayrılır.
“Dövlət bu istiqamətdə bizim təşəbbüsləri hərtərəfli dəstəkləyir”, - deyə M.Nağıyev bildirib.
O qeyd edib ki, son illər ərzində ölkədə sərhəd təhlükəsizliyi sahəsinin inkişafı üzrə böyük iş görülüb.
“Məlumdur ki, sərhəd siyasəti dövlət siyasətinin bir hissəsi və sərhəd sahəsində milli təhlükəsizlik konsepsiyasının reallaşdırılması üsuludur. Bunu nəzərə alaraq Azərbaycan və Gürcüstanın sərhəd xidmətləri sərhəd infrastrukturunun təkmilləşdirilməsi, bölmələrin texniki təchizatının yaxşılaşdırılması, sərhəd nəzarət sisteminin sadələşdirilməsinə dair zəruri tədbirlər həyata keçirirlər”, - deyə M.Nağıyev bildirib.
DSX-nin nümayəndəsi iki ölkənin sərhəd xidmətləri arasında qarşılıqlı əlaqənin güclənməsi və əməkdaşlığın yeni səvyyəsinə çıxışın təmin edilməsini vurğulayıb.
“Azərbaycan və Gürcüstanda sərhəddə təhlükəsizliyin təmin edilməsi, sərhəd nəzarət sisteminin sadələşdirilməsi, qanunsuz narkotik qaçaqmalçılığı və terrorçu qruplar tərəfindən sərhəd rejiminin pozulmasının qarşısının alınmasına dair ciddi tədbirlər görülür”, - deyə BMT-nin İnkişaf Proqramının Azərbaycan Ofisinin rəhbəri Məzahir Əfəndiyev bildirib.
O, Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzinin (ICMPD) proqramın əsas tərəfdaşı olduğunu deyib və BMT İnkişaf Mərkəzi və Avropa İttifaqının onun həyata keçirilməsində fəal iştirakını qeyd edib.
“2014-cü ilin noyabr ayında biz yaşıl sərhədlə bağlı layihənin icrasına başlamışıq. Bu dövr ərzində miqrasiya siyasəti, qaçqınların məsələləri ilə bağlı bir neçə seminar keçirilib”, - deyə M.Əfəndiyev bildirib.
“Bu gün keçirilən seminarın məqsədi Azərbaycan və Gürcüstan vətəndaşlarının sadələşdirilmiş sərhəd keçid sisteminin təmin edilməsi və sərhəd rejimi qaydalarının pozucuları tərəfindən sərhədin qanunsuz keçilməsinin yol verilməməsindən ibarətdir”, - deyə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin müavini Nato Alxazişvili vurğulayıb.
O, həmçinin BMT İnkişaf Prorqamının Azərbaycan və Gürcüstanda həyata keçirdiyi layihələr barədə məlumat verib.
BMT İnkişaf Prorqamının Gürcüstandakı rəhbəri Nikoloz Samxaradze tədbirdə yaxın gələcəkdə Bakı ilə Tbilisi arasında gömrük sahəsində birgə layihənin reallaşacağı barədə məlumat verib.
“Quru sərhədin mühafizəsini təmin etmək üçün əlaqələndirilmiş əməliyyatlar” mövzusuna həsr olunan seminarda nəzəri yanaşmalar, normativ-hüquqi baza və təşkilatın qabaqcıl beynəlxalq təcrübəsi və quru sərhədlərdə birgə əməliyyatların idarə olunması, həmçinin iki ölkə arasında bu təcrübənin tətbiqi imkanları müzakirə edilir.
Görüş iştirakçıları, həmçinin yaşıl sərhəddə əlaqələndirilmiş monitorinq prosedurları sahəsində qonşu dövlətlərlə əməkdaşlıq təcrübələrinə nəzər salacaq, yerli əhalinin yaşıl sərhədi mühafizə tədbirlərinə cəlb olunması metodları ilə tanış olacaqlar.
Tədbir bu layihə üzrə əsas tərəfdaş qismində İCMPD-ni təmsil edən Avstriya və Sloveniyadan olan beynəlxalq ekspertlərin rəhbərliyi altında keçirilir.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət