Azərbaycanın Londondakı səfiri Tahir Tağızadə İrlandiyanın “The İrish Times” qəzetinin redaksiyasına məktub ünvanlayaraq həmin nəşrdə dərc olunmuş və Dağlıq Qarabağda yaranmış vəziyyəti təhrif edən məqalədəki tezislərin əsassız olduğunu bəyan edib.
Qəzetin cümə günü dərc etdiyi məktubda deyilir ki, Dağlıq Qarabağın hazırkı rejimi “Azərbaycanın beynəlxalq səviyyədə tanınan suverenliyinin pozulması və ərazisinin demək olar ki, beşdə bir hissəsinin ilhaqı nəticəsində yaradılıb”.
“Region əhalisinin 95%-nin etnik ermənilərdən ibarət olmasının yeganə səbəbi regionun yerli əhalisi olan etnik azərbaycanlıların öz yurdlarından qovulması və davam edən erməni təcavüzündən əziyyət çəkərək məcburi köçkün qismində Azərbaycanın digər bölgələrində məskunlaşmasıdır”, - deyə T.Tağızadə vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın Dağlıq Qarabağa iddia etməsinə dair bəyanat səhvdir, çünki bu region tarix boyu hər zaman respublikanın bir hissəsi olub və beynəlxalq birlik tərəfindən tanınır.
“Reallığı təhrif etmək cəhdləri regiondakı vəziyyəti dəyişməyəcək”, - deyə səfir vurğulayıb. O, həmçinin İrlandiya qəzetinin yaranmış vəziyyətin dini amillə əlaqələndirilməsi cəhdlərini də yanlış adlandırıb. “Bu, bir ölkənin digərinin suverenliyinə qanunsuz iddia etməsi nəticəsində yaranmış sırf ərazi münaqişəsidir və Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməyənə qədər regionda davamlı sülh bərqərar olmayacaq. Azərbaycanın güzəştə getməyə hazır olması onun dövlət kimi əsas hüquqlarının pozulmasını özündə əks etdirmir”, - deyə səfirin məqaləsində bildirilir.
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət