Rusiyalıların əksəriyyəti (70%) ABŞ-a pis münasibət bəsləyir, lakin bu göstərici cari ilin yanvar ayında qeydə alınmış göstərici (81%) ilə müqayisədə azdır. Bu barədə “İnterfaks”a “Levada-Mərkəz”dən məlumat verilib.
17-20 iyul tarixlərində RF-nin 46 regionunun 134 yaşayış məntəqəsində 1600 şəxs arasında aparılan sorğunun nəticələrinə əsasən, rusiyalıların 19%-nin (yanvarda 13%) Amerikaya münasibəti müsbətdir
Rusiyalıların 26%-i Avropa İttifaqına (ilin əvvəlində 20%) yaxşı, 62%-i (yanvarda 71%) pis münasibət bəsləyir.
Respondentlərin təxminən üçdə iki hissəsinin Ukraynaya münasibəti mənfidir (ilin əvvəlində 64%-ə qarşı 60%). 28% (yanvarda 24%) bu ölkəyə müsbət yanaşır.
Sosioloqlar Belarusa münasibətdə bir qədər müsbət dinamika qeyd ediblər - yanvarda rusiyalıların 81%-i, indi isə 84%-i bu ölkəyə rəğbət bəslədiklərini bildirib. Hər on nəfərdən biri bu ölkəni mənfi qəbul edir (indi 9% və yanvarda 11%).
Respondentlərin 75%-i Çinə müsbət, 13%-i pis münasibət bəsləyir (yanvarda bu göstəricilər müvafiq olaraq 80% və 8% olub).
Rusiyalıların 45%-i Gürcüstana yaxşı, 35%-i pis münasibət bəsləyir (martda bu göstəricilər müvafiq olaraq 48% və 33% olub).
Bundan başqa, sorğunun nəticələrinə görə, respondentlərin 43%-i İrana yaxşı, 25%-i pis münasibət bəsləyir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət