Azərbaycanın hərbi eksperti Üzeyir Cəfərov hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil və yalnız onun sülh yolu ilə nizamlanmasına dair danışıqlar prosesində iştirakı imitasiya edirlər.
“Əminəm ki, Minsk Qrupunun həmsədr ölkələri Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin qeyri-sabit olmasında maraqlıdırlar. Bundan istifadə edərək onlar sentyabr ayında ABŞ-da BMT Baş Assambleyanın növbəti sessiyası çərçivəsində Azərbaycan və Ermənistan dövlət başçılarının növbəti görüşünə nail olmaq və bununla da “uğurlu fəaliyyət” görüntüsü yaratmaq istəyirlər”, - deyə Ü.Cəfərov “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Onun sözlərinə görə, son zamanlar həmsədr ölkələr Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində heç bir fəallıq göstərmirlər. “Son zamanlar onların fəallığı müşahidə olunmur. Onlar Azərbaycan və Ermənistan prezidentlərini bir daha danışıqlar masası ətrafına oturmağa vadar etmək və bununla da bütün dünyaya sülhməramlı fəaliyyətlə məşğul olduqlarını nümayiş etdirmək niyyətindədirlər”, - deyə ekspert bildirib.
Ü.Cəfərov vurğulayıb ki, həqiqət isə ondan ibarətdir ki, son 20 il ərzində ATƏT-in Minsk Qrupu öz uğursuzluğunu sübut etdi, “çünki bu dövr ərzində həmsədrlərin fəaliyyəti sülh prosesinin bir addım belə irəliləməsinə gətirib çıxarmadı, baxmayarq ki, həm təcavüzkar, həm də təcavüzə məruz qalan ölkə məlumdur”.
“BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də aydın şəkildə Ermənistan silahlı birləşmələrinin qanunsuz olaraq bizim ərazilərimizdə olduqlarını əks etdirir”, - deyə ekspert qeyd edib.
O vurğulayıb ki, bütün bunlardan xəbərdar olan ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri sadəcə vasitəçilik fəaliyyətini imitasiya edirlər, “bu isə konkret heç nəyə gətirib çıxara bilməz”. “May ayında Sergey Lavrovun bizim xarici işlər naziri Elmar Məmmədyarovla görüşü yaxşı heç nə ilə nəticələnmədi. O zaman Rusiya XİN başçısı bəyan etdi ki, Dağlıq Qarabağ probleminin həllinin zamanı gəlib. Bu görüş Riqada keçirilən “Şərq tərəfdaşlığı” sammitindən dərhal sonra baş tutub. Düşünürdük ki, Moskva həqiqətən də bu məsələnin həllində maraqlıdır. Lakin 2 aydan sonra Lavrov xarici işlər nazirimizlə bir daha görüşüb eyni sözləri təkrar etdi - məsələni həll etmək lazımdır”, - deyə Ü.Cəfərov qeyd edib.
Onun sözlərinə görə, bütün bu hadisələrin fonunda “biz Ermənistana hücum xarakterli Rusiya silahlarının, o cümlədən “İsgəndər” raketlərinin tədarükünə dair məsələnin müzakirəsini müşahidə edirik”.
“Eyni zamanda biz Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Kəşfiyyat İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini,
general-polkovnik İqor Serqunun İrəvana səfərini müşahidə edirik. İ.Serqun Seyran Ohanyanla sərhəddə vəziyyəti müzakirə edib. Əgər söhbət ikitərəfli münasibətlərdən gedirsə, o zaman Ermənistan-Azərbaycan sərhədində vəziyyət niyə müzakirə olunur? Ümumiyyətlə bunun Rusiya Silahlı Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinə nə aidiyyəti var? Rusiya vassallarını sərhəddə son hadisələrlə bağlı topladığı informasiya ilə təmin edir. Moskva Azərbaycan Silahlı Qüvvələrinin vəziyyəti barədə Ermənistandan daha çox məlumatlıdır”, - deyə ekspert bildirib.
O qeyd edib ki, Azərbaycan qəti şəkildə ərazi bütövlüyünü bərpa etmək niyyətindədir, bu isə Kremlin narahatlığına səbəb olur.
“Və onlar Ermənistanı informasiya ilə təmin edirlər, diqqəti nəyə yönəltməyə və nə baş verə biləcəyinə dair məsləhətlər verirlər. İndi qaldırmaq istəmədiyim bir çox digər məsələlər də var, lakin buna baxmayaraq, bir daha qeyd etmək istərdim ki, Dağlıq Qarabağ ətrafında münaqişənin nizamlanması işində real iş və nəticələrdən çox səs-küy var”, - deyə Ü.Cəfərov vurğulayıb.
Azərbaycanın hərbi eksperti Vaşinqtonla da bağlı iradlarını bildirib: “Bəzi məsələlərdə bizim okeanın o tayındakı dostlarımız da özlərini nəzakətli aparmırlar. Ermənistanın müdafiə nazirinin müavini David Tonoyan hazırda orada səfərdədir. Lakin əfsuslar olsun ki, okeanın o tayındakı həmkarlar və dostlarımız bu təcavüzkara “sizin ölkəniz bütün beynəlxalq norma və qanunlara riayət etməli və qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmalıdır” deyə xatırlatmırlar”.
Onun sözlərinə görə, konkret cavablar almaq istədiyimiz suallrın sayı çoxdur.
“Əgər deputatlarımızın konkret suallar ünvünladığı BMT-nin baş katibi Pan Gi Mun özünü çox ağıllı hesab edərək birbaşa cavablardan yayınmaqla ümumi sözlərlə danışırsa, ölkəsinin təcavüzkar olduğunu və Azərbaycanın işğal olunmuş ərazilərini beynəlxalq qanunlar çərçivəsində azad etmək məcburiyyətində olduğunu yaxşı bilən Ermənistanın nazir müavinindən nə gözləmək olar?”, - deyə Ü.Cəfərov qeyd edib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət