Avstraliyanın Hərbi Hava Qüvvələri beynəlxalq koalisiyanın Suriyada İŞİD-in mövqelərinə hava hücumlarında iştirakını genişləndirəcək. Bu barədə Avstraliyanın baş naziri Toni Ebbot məlumat verib.
“Biz BMT nizamnaməsinin 51-ci maddəsinə müvafiq olaraq kollektiv özünümüdafiə hüququmuzu Suriyada İŞİD qüvvələrinə zərbə endirmək üçün istifadə edəcəyik”,- deyə o, Kanberra şəhərində jurnalistlərə bildirib.
Baş nazir deyib ki, Yaxın Şərqdə humanitar böhrana son qoymaq, həmçinin bu təhlükənin Avstraliya və digər ölkələrə yayılmasının qarşısını almaq üçün bu ölüm kultunu məhv etmək lazımdır.
Bununla yanaşı, o qeyd edib ki, Avstraliya HHQ-nin fəaliyyəti yalnız İŞİD mövqelərinə zərbələr endirməklə məhdudlaşacaq və Suriyanın hökumət qoşunları ilə birgə fəaliyyət göstərməyəcək.
“Bizim hazırda Suriyada zərbələrin daha genş spektrini həyata keçirmək üçün hüquqi ixtiyarımız yoxdur, və biz bu yollara baş vurmayacağıq”, - deyə T. Ebbot qeyd edib.
Eyni zamanda o, jurnalistlərə məlumat verib ki, Avstraliya Suriya və İraqdan əlavə 12 min qaçqını qəbul etməyə, həmçinin Suriyaya və İraqla qonşu ölkələrdə məskunlaşmış 240 min qaçqına kömək göstərməyə hazırdır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət