Bu gün Bakıda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Çex Respublikasının prezidenti Miloş Zemanın iştirakı ilə Azərbaycan-Çexiya biznes forumu keçirilib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
İkitərəfli münasibətlərin strateji xarakter daşıdığını deyən İ.Əliyev çexiyalı həmkarının səfəri çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlığa dair imzalanan birgə Bəyannamənin əhəmiyyətini vurğulayıb. Azərbaycan-Çexiya iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacib olduğunu deyən prezident biznes dairələri arasında əlaqələrin yaxşı koordinasiya olunmasının vacibliyinə toxunub.
Dövlət başçısı M.Zemanın səfəri çərçivəsində Çex Respublikası banklarının ölkəmizdəki layihələrdə iştirakının müzakirə olunduğunu, Azərbaycanın maliyyə tərəfdaşı kimi öhdəliklərini uğurla yerinə yetirdiyini, gələcək illərdə əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinə ehtiyacın olduğunu diqqətə çatdırıb.
İ.Əliyev əməkdaşlıq baxımından nəqliyyat sektorunun verdiyi imkanlardan danışıb. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini vurğulayıb.
Ölkəmizdəki sərmayə mühitindən danışarkən prezident bildirib ki, ötən il Azərbaycana 27 mlrd. dollar sərmayə yatırılıb və bu sırada xarici investisiyalar xüsusi çəkiyə malikdir. Bu da onu göstərir ki, dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda müsbət sərmayə mühiti hökm sürür.
Azərbaycan iqtisadiyyatının dünyada 40 ən qabaqcıl iqtisadiyyatlardan biri olduğunu deyən dövlət başçısı kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün geniş şəraitin olduğunu dedi və birgə müəssisələrin yaradılması imkanlarının nəzərdən keçirilməsinin mümkünlüyündən danışıb.
Çex Respublikasının prezidenti M.Zeman ölkələrimiz arasında müəyyən oxşarlıqların olduğunu və bu bənzərliyin iqtisadi sahədə də özünü göstərdiyini deyib. Belə ki, Azərbaycan kimi Çex Respublikası da Avropa məkanında işsizliyin və xarici borcun aşağı həddə olması ilə fərqlənir. Ölkəsinin idxal etdiyi neftin 30 faizdən çoxunun Azərbaycandan gəldiyini deyən M.Zeman Çexiyada 200-dən çox azərbaycanlı tələbənin təhsil aldığını bildirib, bu sahədə əlaqələrin genişləndirilməsinin mümkünlüyünə toxunub. O, ölkələrimiz arasında sıx əməkdaşlığın qurulduğunu deyərək bu nailiyyətin biznes dairələrini də əhatə etməsinin vacibliyinə diqqət çəkib və əmin olduğunu bildirib ki, yaradılan imkanlardan hər iki tərəf faydalanacaq.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət