Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Avropa Nüvə Araşdırmaları Təşkilatına (CERN) toplanmış məlumatların analizi və saxlanılması üçün regional DATA mərkəzindən (Məlumatların Emalı və Saxlanılması Mərkəzi) istifadə etməyi təklif edir. Bu barədə nazirlikdən məlumat verilib.
CERN-in ALİCE (A Large Ion Collider Experiment) təşkilatının sədri, professor Paolo Giubellino ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov arasında çərşənbə axşamı keçirilən görüş zamanı əməkdaşlıq perspektivləri müzakirə olunub.
Nüvə texnologiyaları və nüvə elmlərinin RYTN üçün yeni fəaliyyət istiqaməti olduğunu nəzərə çatdıran İ.Məmmədov ölkənin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu əməkdaşlıq azərbaycanlı alim və tələbələrin Böyük Adron Kollayderində fəaliyyət göstərən ALİCE-də iştirakına imkan verəcək. Eyni zamanda, İ.Məmmədov nazirliyin inşa etdiyi Tier III səviyyəli regional DATA mərkəzinin böyük imkanlara malik olduğunu qeyd edib. Bununla əlaqədar tərəflər bu mərkəzin CERN-də istifadəsi, xüsusilə DATA mərkəzdə ALİCE təcrübəsində toplanmış məlumatların analizi və saxlanılması məsələsini müzakirə ediblər.
P.Giubellinoisə məlumat verib ki, hazırda ALİCE-nin 37 ölkədən 1550 iştirakçısı var.
Görüşdə ALİCE ilə Milli Nüvə Tədqiqatları Mərkəzi arasında əməkdaşlıq memorandumunun imzalanması da müzakirə edilib.
ALICE Böyük Adron Kollayderində quraşdırılmış 6 eksperimental qurğudan biridir. Bu qurğu ağır ionların toqquşmasının öyrənilməsi üçün optimallaşdırılıb.
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət