Ermənistan Azərbaycanla itkin düşmüş şəxslər barədə məlumat mübadiləsindən imtina edərək, beynəlxalq humanitar hüququ pozur. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Bakıda Beynəlxalq Qırmızı Xaç Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Patrik Vial ilə görüşü zamanı deyib.
XİN-in mətbuat xidmətinin məlumatına görə, E.Məmmədyarov Ermənistan tərəfindən Suriyadan olan erməni mənşəli şəxslərin Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşdırılmasının beynəlxalq humanitar hüquqa zidd olduğunu vurğulayaraq, bu məsələnin BQXK-nın mandatı əsasında araşdırılmalı olduğunu bildirib.
Nazir Azərbaycan və Ermənistan prezidentlərinin 2014-cü ildə Parisdə keçirilmiş görüşündə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin həyata keçirilməsi, bioloji məlumat bazasının yaradılması üzrə humanitar xarakter daşıyan bu təklifə Azərbaycanın dərhal müsbət münasibət bildirdiyini xatırladıb. O, Ermənistanın etimad quruculuğuna xidmət edəcək bu təklifdən müxtəlif bəhanələrlə yayındığını, itkin düşmüş şəxslər və kütləvi məzarlıqlar barədə məlumat mübadiləsinə imkan vermədiyini diqqətə çatdırıb.
XİN başçısının sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı nəticəsində 4 min nəfərdən artıq azərbaycanlı sənədləşdirilmiş şəkildə itkin düşmüş şəxs hesab olunur. O, bu şəxslərin əksəriyyətinin Ermənistan tərəfindən qətlə yetirildiyi, Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə kütləvi məzarlıqlarda basdırıldığını qeyd edib.
E.Məmmədyarov Ermənistan tərəfindən Cenevrə konvensiyaları əsasında üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasının davamlı və sistematik hal aldığını qonağın diqqətinə çatdırıb.Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin ata-analarının qəbirlərini ziyarət edərkən öz tarixi torpaqlarında Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülməsi məsələsini gündəmə gətirən E. Məmmədyarov Ermənistanın bu şəxsləri dərhal azad etməsi üçün beynəlxalq təsisatlar vəATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən səylərin artırılmasının vacibliyini vurğulayıb.
Nazir 1 sentyabr 2015-ci il tarixində Tərtər rayonunun Qapanlı kəndində toy mərasiminin atəşə tutulmasının nəticələrinin beynəlxalq humanitar hüququn pozulmasına əyani sübut olduğunu diqqətə çatdırıb.
Əsir və itkin düşmüş şəxslərlə bağlı Azərbaycan tərəfinin narahatlıqlarını bölüşən P.Vial ailə üzvlərinin itkin düşmüş yaxınları haqqında məlumat əldə etmək hüququnu bir daha xatırladıb.
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət