İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Nardaran qəsəbəsindəki iğtişaşlara aiddiyyəti yoxdur. Bu barədə diplomatik nümayəndəliyin bəyanatında deyilir.
Məlumatda qeyd edilir ki, səfirlik təəssüflə vurğulayır ki, bir neçə nəfərin ölümü və yaralanması ilə nəticələnən Nardaran hadisələrinin ardından bəzi rəsmi və qeyri-rəsmi medialar və hətta millət vəkilləri birbaşa və dolayısı ilə İranı ittiham və bu ölkənin sütunlarına, xüsusilə dini müqəddəslərinə hücum etməyə başladılar.
Bildirilir ki, İranın səfirliyi hadisələrin ilk günündən başlayaraq səbir və dözüm nümayiş etdirərək buna münasibət bildirməməyə çalışdı. “İranın bütün ölkələrə, xüsusilə qonşulara və özəlliklə də Azərbaycana qarşı xarici siyasəti daim mehriban qonşuluq, konstruktiv əməkdaşlıq və daxili işlərə qarışmama prinsiplərinə əsaslanıb və bu siyasəti əməldə də icra edib. İran İslam Respublikasının beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü hərtərəfli dəstəkləməsi və ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin günbəgün genişlənməsi ölkələrimizin, xüsusilə iki ölkənin möhtərəm prezidentlərinin əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi üçün iradələrinin göstəricisidir”, - deyə səfirliyin məlumatında deyilir.
Diplomatik nümayəndəlik qeyd edir ki, Tehran ilə Bakının regionda yaxınlaşması və ikitərəfli əməkdaşlıqların inkişafı, özəlliklə iki ölkənin xalqları arasında yaxınlıq iki ölkənin başıucalılığını və hörmətini istəməyənlər üçün ciddi təhlükədir və “bu qüvvələr müxtəlif vaxtlarda iki ölkə münasibətlərində uçurum yaratmaq üçün cari hadisələrdən istifadə edirlər”.
“Aydındır ki, son hücumlar da İranı qaralamaq və iki ölkə münasibətlərinə zərər vurmaq məqsədilə edilir”, - deyə səfirlik vurğulayıb.
Məlumatda qeyd olunur ki, İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdməyib və Nardaran hadisələrinin baş verməsində də heç bir rolu olmayıb.
“İran daim dost ölkələrdə sabitliyin və əmin-amanlığın bərqərar olunmasını istəyib və prinsipial bir siyasət olaraq problemlərin və ixtilafların zorakı yollarla həllinə qarşı olmuşdur. Təbiidir ki, İranın Azərbaycanın daxili işlərinə qarışması barədə Azərbaycan Respublikasının rəsmi orqanları tərəfindən hər hansı bir sübut və dəlil təqdim olunduğu təqdirdə məsələ mütləq araşdırılacaq və biz əminik ki, bu barədə heç bir sənəd və dəlil yoxdur”, - deyə səfirlikdən bildiriblər.
İranın Bakıdakı səfirliyi iki xalq arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinin vacibliyini bir daha vurğulayaraq Nardaran hadisəsi nəticəsində dünyasını dəyişənlərə rəhmət və bağışlanma diləyir, onların ailələrinin qəminə şərik olduğunu bildirir.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət